Linux

KDE nədir?

KDE nədir?

İngilis terminalogiyasında GUI (Grafical User Interface, yanı qrafik istifadəçi interfeysi) qısaltmasından tez-tez istifadə olunur. GUI qrafik rejimində işləmək üçün pəncərələr meneceridir və o digər proqramları əhatə edən seçilmiş və yoxlanılmış proqramların məcmusundur.
Artıq bir sıra qrafik proqram qabıqları mövcuddur- istər azad yayılan, istərsə də kommersiya yolu ilə. Azad yayilan sistemlər arasında KDE və GNOME geniş vüsət almışdır. Gəlin KDE grafik qabığına nəzər yetirək. KDE Linux üçün grafik qabığıdır. KDE "K Desktop Environment" dən (iş masası uçün K gabığı) ifadə edir. KDE sadə və rahat grafik qabığı Microsoft Windows bazası əsasında artıq mövcud olan sistemlərə analoji olaraq Unix istifadiçilərinin tələbatlarına cavab olaraq yaradılmışdır. O Open Source hərəkatı çərcivəsində işlənilib hazırlanır və açıq mənbə ilə yayılır. KDE müasir funksinalığı, istifadə rahatlığı, əla dizayn və UNİX sinifindən olan əməliyyat sisteminin texnologiya üstünlüklərini özündə birləşdirir.
Ekran şərti olaraq hissələrə bölünə bilər – iş masanın “səthi” və panel.