Linux

Kiçiltmək, böyütmək və bağlamaq düymələri

Kiçiltmək, böyütmək və bağlamaq düymələri

Pəncərənin başlığından sağa doğru pəncərəni kiçiltmək, böyütmək və bağlamağ üçün alternativ üç düymə yer almaqdadır. (bu pəncərənin menyusundan istifadə etməkdən daha tezdir). Kiçildilmiş pəncərələr tapşıqlar lövhəsindəki (taskbar.) başlıqlara basılmaqla bərpa oluna bilərlər.

Pəncərənin yerini dəyişdirməkdən ötrü siçanın sol düyməsinə basaraq istədiyiniz tərəfə dartın və sonra lazımı yerdə buraxın. Əğər pəncərənin ölçülərini dəyişmək istəyirsinizsə o zaman kursoru pəncərənin kənarına qoyaraq çəkin. Kursor pəncərənin sərhədlərinə catan zaman o öz ox formasını dəyişir. Sol düyməni basılı tutaraq sərhəd xəttini istədiyiniz tərəfə dartın.Eyni vaxtda ölçülərin hər iki istiqamtdə dəyişdirilməsi üçün kursoru pəncərənin küncunə yerləşdirərək istənilən istiqamətdə dartmaq lazımdır. Menyu panelinin aşağısında müxtəlif əmrləri daxil etməyə imkan verən alətlər piktogramı yer alır. Siz kursoru hər hansi bir piktogramın üzərində hərəkət etdirdiyinizdə o həmin an aktiv hala gətirilir və işarələnir. Siz həm də alətlər panelini istədiyiniz istiqamətdə - sola, sağa, yuxarı və aşağı hərəkət etdirə bilərsiniz.