Linux

Konqueror fayl meneceri

Konqueror fayl meneceri

Istifadəçilər hansı proqramlara daha çox müraciət edirlər? Bunlar əsasən –fayl meneceri, faylları kopyalamağa, bir yerdən digərinə köçürməyə, adini dəyişməyə, axtarmağa imkan verən və digər funksiyaları olan, istifadəçinin iş prosessini tezləşdirən və asanlaşdiran proqramlardir. Konqueror fayl meneceri KDE-nin qrafik sisteminə inteqrasiya olunmuş proqram təminatı paketinə daxildir, və onun ayrılmaz hissəsidir.Bu proqram kataloqlara və lokal disklərdəki fayllara baxmaq imkanı verir. Konqueror nəinki Fayl meneceridir, o həm də brauzerdir (veb səyyahı proqramdir). Bu brauzer (veb səyyahı bütün müasir veb texnologiyalari dəstəkləyən ) tam funksional programdır. Veb səhifələrə baxmaqdan ötrü URL resursun adres gutusuna lazimi sətri yazmaq kifayyətdir.

Pəncərə daxilində -əsas menyu sətri, piktoqram düyməli ələtlər paneli, fayl və URL adres sətri yer alır. Bir qədər aşağıda isə vertikal olaraq iki panel yerləşir. Sol paneldə - kataloqlar ağacı, sağ paneldə isə aktiv katalogun piktoqramlarla təmsil olunmuş elementləri göstərilir. Panellər əvvəlcədən sinxronlaşdırılmış vəziyyətdədirlər- kataloqlar ağacındaki hər hansi dəyişiklik sağ paneldə dərhal düzülüşün dəyişilməsinə səbəb olur. Konquerorin fayllarının idarə olunması prosessi bir neçə vasitələrlə - kursoru obyektin üzərinə qoyaraq, siçanın sağ düyməsinə basmaqla hərəkətə gətirilən kontekst menyusu, və yaxud sadəcə siçanla manipulyasiya edilməsi yolu ilə həyata keçirilir. Bir sıra digər seçimləri alətlər paneli (dəfələrlə köklənilən) vasitəsilə əldə etmək mümkündür.
Bir çox əmrlər isti klaviatura düymələrini basmaqla aktiv hala gətirilirlər. Əsas menyunun bölmələri aşağıdakılardır:

  • Yer
  • Düzəlt
  • Göstər
  • Get
  • Yer nişanları
  • Vasitələr
  • Qurğular
  • Pəncərə
  • Yardım

Onlar siçanın kursorunun onların üzərinə yönəldilməsi və ya Alt düyməsinə basmaqla aktivləşdirilirlər. Bundan sonra seçilmiş menyu müvafiq olaraq siçanın sol düyməsini və yaxud Enter düyməsini basmaqla aktiv hala gətirilir. Konqueror fayl menecerinin imkanları barədə təsəvvür almaqdan ötrü menyunun bölmələrinə ətraflı nəzər salaq.
Yer menyusunda Yeni Pəncərə və Pəncərənin nüsx\sinin yaradılması şöbələri yer almaqdadır. Onlar arasındakı fərq bundadır ki, birinci pəncərəni gabagcadan nəzərdə tutulmuş şəkildə açır, ikinci pəncərə isə hazırda açıq olan pəncərəyə identik olaraq sizə lazəm olan katalogu açmaq imkanı verir. Bu menyu vasitəsilə həm də faylı çapa göndərmək də mümkündür. Çıxış bölməsi fayl menecerdən çixmağa imkan verir.

Düzəlt menyusunda gözlənilməyən heç bir şey yoxdur. Burada Geri al, Köçürt, Kəs, Yapışdır və s. seçimlər vardır. Faylların silinməsinin müxtəlif rejimlərinə diqqət yetirin –Zibilə Göndər (Windows sistemində olduğu kimi), əməliyyat sistemi vasitələrinin köməyi ilə silmək, faylların yerli-dibli bütün körpüləri ilə birlikdə silinməsi. Burada fayl və kataloqların xassələrini görmək və hazırki istifadəçinin səlahiyyətləri çərçivəsində dəyişdirilməsi imkani vardır.

Bu menyuda olduqca faydali şöbə vardır – Yenisini yarat (kataloq,fayl, cihaz və ya URL).
Göstər menyusunda ilk olaraq fayl və kataloqlara baxılması rejimi ilə tanış olaq.(Piktaqram,mətnç moxsütunlu və s.). Daha sonra panellərin yenilənməsi və gizli faylların göstərilməsi, piktoqramların görünüşü, faylların siyahısının formatı, fonun rəngi və naxişları. Göstər menyusundakı bütün dəyişikliklər yalnız cari seansda qüvvədə qalır. 
Get menyusunun funksiyası adından da məlumdur: bu bir səviyyə yuxarıya və ya ev kataloquna keçməyə imkan verir, bir neçə işarələnmiş qovluqların və ya əlavələrin tez bir şəkildə bir yerdən digər yerə aparılması, əvvəlki vəziyyətə qayıtmaq, 
Yer nişanları menyusu ilə də hər şey audındır: burada yeni Yer nişanları yaradılır və redaktə olunur.Elə buradan da yaradılmış konqueror yer nişanlarına keçilir. 
Vasitələr menyusuna bu bölmələr daxildir: KDE mini-terminalını çağırmaq üçün əmr sətrinin daxil edildiyi yerdir. Terminalı açmaq və Fayli tapmaq. Sonuncunun köməyi ilə fayli adina, yaradıldığı tarixə, tipinə və mətn fraqmentinə görə tapılması funksiyasını həyata keçirən axtarış paneli çağırılır.

Qurğular menyusu interfeys elementlərinin (menyu sətri,alətlər paneli) göstərilməsi prosessini idarə edir. Bu menyu konqueroru fırdi olaraq konfiqurasiya etmək və edilən dəyişiklikləri yadda saxlamaq imkanı verir. 
Pəncərə menyusu konqueror xarici görünüşü üçün cavabdehdir. Məhz buradan əlavə panelləri işə salmaq və ya söndürmək, cari panelə nisbətdə onların vəziyyətini dəyişdirmək və kiataloq ağacını göstərmək və gizlətmək mümkündür.

Son olaraq Yardim menyusu: bura konquerorin tam təlimati haqda (təəssüf ki, bu rus dilinə tərcümə olunmayıb) və “Bu nədir?” bölmələri daxildir. Bu bölməni seçərək bu zaman əmələ gələcək suala alət panelindəki düymələrin üzərinə tıklayaraq sadəcə onun mənası haqda deyil həm də bu nəticəyə yetişməyin alternativ yolları barədə də mlumat almaq olar. Məs: Əsas menyu vasitəsilə.

 

Əsas menyu vasitəsilə əldə olunacaq imkanlar haqda bu qədər. Kontekst menyusunun verdiyi imkanlar bir qədər məhduddur. Buradan kəsmək, kopyalamaq, yapiştirmaq və səbətə yollamaq əməliyyatlarını yerinə yetirmək mümkündür. Faylın tipindən asılı olaraq onu konquerorin pəncərəsi və ya digər bunun üçün nəzərdə tutulmuş əlavə proqramlar vasitəsilə açılması mümkündür. Bunlardan əlavə, faylın və kataloqun xüsusiyyətlərini dəyişmək (o cümlədən onu açmaq hüquqlarını), adının dəyişdirilməsi; faylın adını xüsusiyyətlər panelindən də etmək mümkündür.

Siçanla manipulyasiya etmək olduqca asandır. Kursoru kataloqun adının üzərinə qoyaraq (məs: piktoqramın) sol düyməni bir dəfə basdıqda kataloq açılır, faylın üzərinə basdıqda isə həmin faylı açacaq proqram çağırılır. Bunun əvəzinə sağ düyməyə basdıqda isə məlum faylları açmaqdan ötrü quraşdırılmış əlavə proqramların adlarının sadalandığı kontekst menyusu peyda olur. Sözsüz ki, siçan faylların nüsxələnməsi və Drag and Drop üsulu ilə bir yerdən digər yerə daşınmasi sahəsində əsas alətdir. Bu işi panellər arasında və kataloq ağacı vasitəsilə istənilən istiqamətdə həyata keçrmək olar. Faylları dartma yolu ilə daşiyarkən kursorun ucunda köçürt, yapışdır, kəs ibarət kontekst menyusu əmələ gəlir.