Linux

Window menu (Pəncərələrin idarə olunması menyusu)

Window menu (Pəncərələrin idarə olunması menyusu)

Hər bir pəncərənin solunda pəncərə ilə manipulyasiya edilməsinə imkan verən piktoqram yer almaqdadır.Onun üzərinə basildiqda – cari pəncərəni idarə etməyə imkan verən menyu açılır.
Maximize (Böyüt) pəncərəni maksimal həddə böyütmək üçün istifadə olunur. Nəzərə alın ki, KDE sizin virtual iş masanın ölçüsünü tutur. Bu o deməkdir ki, pəncərənin ölçüsü iş masanın ölçüsündən böyük ola bilər.
Iconify (Kiçilt) pəncərənizi gizlətmək üçündür. Tapşırıqlar lövhəsinə nəzər salın. Görəcəksiniz ki, pəncərənin başlığı artıq mötərizədə göstərilmişdir. Pəncərəni yenidən iş masasına qaytarmaqdan ötrü kursor ilə onun üzərinə basın.
Move (Daşı) sizə pəncərəni siçanın köməkliyi ilə hərəkət etdirmək imkanı verir. Siçanın sol düyməsinin basılı vəziyyətdə tutaraq pəncərəni istədiyiniz yerə daşıyın.
Resize (Ölçünü dəyişmək) (Ölçü) pəncərənin böyüdülməsi və kiçildilməsinə imkan verir. Həmişə Üstdə pəncərəniz Bütün pəncərələrdən yuxarıda yer alacag.
To desktop - pəncərəni digər iş masasına keçirmək imkanı verir. Pəncərəni qoymaq istədiyiniz iş masanı seçin. Bu zaman pəncərə tam itəcəkdir. Onu yenidən görmək üçün onun adını Tapşrıqlar lövhəsində seçin və ya KDE panelində Tapşrıqlar lövhəsinin müvafiq iş masasının düyməsini basin.
Close (Qapat) cari pəncərəni bağlayır. Yaxşısı budur ki, programları onların öz komandalarından istifadə etməklə bağlayın. Close (Qapat) komandasından nadir hallarda istifadə edin.