Menu

Daxil olun Qeydiyyat

Mikrokontroller Texnikasi

PİC16Fxx mikrokontrolleri vasitəsilə 7(8) seqmentli LED-nin idarə edilməsi

PİC16Fxx mikrokontrolleri vasitəsilə 7(8) seqmentli LED-nin idarə edilməsi

PIC tipli MK-nin çıxışında müxtəlif simvolların əks etdirilməsi üçün 7 seqmentli LED-dən istifadə edilə bilər.Şək.4.39a-da bir ədəd 7 seqmentli LED-nin PIC16F84-nin B portuna bağlanması sxemi və 7(8) seqmentli kodların 8 bitli daxili strukturu göstərilmişdir.Əks etdirilən simvolun konturunda hansı seqmentlərin(a,b,c,d,e,f,g ) işıqlanmasından asılı olaraq 8 bitli daxili kod hasil edilir. ”.” işarəsi bu kodun yüksək bitində qeyd edilir.”B” və “D”, “8” və “0”simvollarının seqment kodları uyğun olaraq üst-üstə düşdüyündən onlar”b” və “d” kimi əks etdirilir. Misal olaraq “A”,”b”,”d” simvollarının 7 seqmentli LED-də əks etdirilməsi alqoritminin blok-sxemi şək.4.39b-də verilmişdir.Bu simvollara uyğun seqment kodunu əsas proqrama qaytaran TABLO alt proqramdan istifadə edilir. “A”,”b”,”d” simvollarınaa uyğun 77H,7CH,5EH seqment kodlarını W akkumulyatoruna yükləyən RETLW əmrləri TABLO alt proqramında göstərilmişdir.Bu alt proqramın tələb edilən sətrinə keçid proqrama giriş zamanı PCL registrinə uyğun ünvanın yüklənməsi ilə əldə edilir. Bütün hexadesimal 0H-FH simvolların seqment kodlarının (3FH-80H) hasil edilməsi üçün TABLO alt proqramında uyğun ardıcıllıqla RETLW əmrləri verilməlidir.

PCL registri istifadə edildiyi əmrin daxil olduğu proqramda cari offset ünvanını göstərir və RAM yaddaşının 002H ünvanı üzrə Bank0-da yerləşir.Bu registr PIC16F84-nin daxilindəki 13 bitli PC(Program counter) registrinin kiçik baytını (0-7 bitləri) təşkil edir. PC-nin 8-12 bitlərinə isə PCH registri kimi müraciət edilir.PC registrinin daxili strukturu şək.4.40a-da,yüklənməsi isə şək.4.40 b və c-də göstərilmişdir. PC-nin aşağı hissəsinə kod proqramın uyğun əmrindən,yüksək hissəsinə isə RAM-nin bank1-də 8AH ünvanında yerləşən PCLATH registrindən 2 üsulla yüklənir:

Proqramdakı MOV ,yaxud ADD əmrlərində verilən 8 bitli kod PCL hissəsinə,PCLATH registrinin 0-4 bitləri isə PC-nin 8-12 bitlərinə ötürülür(şək.4.40b);

PC-nin 0-10 bitlərinə proqramdakı CALL,GOTO əmrlərinin 12 bitli offset ünvanı, 11-12 bitlərinə isə PCLATH –nin 3-4 bitləri verilir(şək.4.40c).


Bizi dəstəkləyənlər