Menu

Daxil olun Qeydiyyat

SPİ interfeysi

SPI (Serial Peripheral Interface-Ardıcıl periferiya interfeysi) interfeysi MK ilə xarici mikrosxemlər (yaddaş,ADC,DAC və s.) və digər MK-lər arasında ardıcıl məlumat mübadiləsini aparmaq üçün istifadə edilir. Sinxron rejimdə məlumatın ötürülməsi sürəti ≤400Kb/s-dir. «Master- Slave-Aparıcı-Asılı» prinsipi üzrə SPI-nin gerçəkləşdirildiyi əsas siqnallar və sürüşmə registrlərinin əlaqəsi sxemi şək.7.1-də göstərilmişdir.Ardıcıl məlumat mübadiləsi üçün DO(Data out-verilənlər çıxışı), DI(Data In- verilənlər girişi), SK(Slave Control-asılı qurğunun idarəsi) və SS(Slave select- asılı qurğunun seçilməsi) siqnallarının təyinatı cədv.7.1–də verilmişdir.Burada çıxış pinlərinin №-si Z8 tipli MK –ə nəzərən göstərilmişdir.

Master və slave qurğularındakı sürüşdürücü registrlər halqa üzrə DO, DI siqnalları ilə əlaqələndirilir. Məlumatın sola və sağa sürüşməsi master-dən verilən sinxro siqnallarının cəbhəsi ilə baş verir. impulsların sayı registrin bit sayına = olan halda məlumat bütövlükdə master-dən slave-ə və əksinə ötürülmüş olur. Registrlər

8 bitlidir və yüksək bit irəlidə olmaqla sürüşdürülür.

Bir neçə slave qurğusundan birinin seçilməsi üçün master-dən verilən siqnalı istifadə edilir. Bundan əlavə master tərəfindən təyin edilən slave ünvanı bütün slave qurğulara göndərilir. Öz ünvanı verilmiş ünvan kodu ilə üst-üstə düşən slave qurğunun DO xətti aktivləşdirilərək master-nin ümumi DI xəttinə bağlanır.

SPI dəstəkli qurğu daxilində bu interfeysin controlleri olmalıdır. SPI interfeysi controllerinin daxili strukturu şək.7.2-də göstərildiyi kimidir.

Burada 4 ədəd əsas registr vardır:

İdarə registri SCON (SPI Control register-SPİ idarə registri);

Müqayisə registri SCOMP (SPI Compare register- SPİ müqayisə registri);

Qəbuletmə/ötürmə buferi RxBuf (SPI Receive/Buffer- SPI qəbuledicisi/buferi);

Sürüşmə registri.

Bu registrlərdən ilk 3 ədədi (SCON, SCOMP, RxBuf) Z8 MK-nin genişləndirilmiş registrlər faylında (C qrupunda) yerləşdirilir.

Bundan əlavə struktur sxemə portların idarəsi qurğusu, tezlik bölücüsü və sinxrosiqnallar kommutatoru, eləcə də kəsilmənin idarəsi qurğusu bitlər sayğacı ilə birgə daxil edilmişdir.SCON registrinin bitlərinin təyinatı şək.7.3-də verilmişdir.Tətbiqi proqramdan qurğu üçün Master /Slave tipi D7 biti ilə seçilir. Master qurğunun sinxronlaşdırma mənbəyi D6 ilə təyin edilir. Sinxronlaşdırma mənbəyi kimi TCLK geenratoru seçildiyi halda tezliyin bölmə əmsalı D1,D2 bitlərində verilir.Bu bitlər Slave qurğu üçün uyğun olaraq RxBuff-nin daşması və DO çıxışının aktivləşdirilməsi əlamətlərini göstərir. SK sinxronlaşdırma siqnalının hansı cəbhəsi ilə registrdəki məlumatın sürüşdürüldüyü D5 biti ilə təyin edilir.8 bitdən ibarət cari simvolun qəbul edilməsi siqnalı IRQ3 vasitəsilə D4 bitinin vəziyyəti dəyişdirilir.D0 biti ilə qurğuda SPI rejiminin istifadəsinə icazə göstərilir.

Master qurğunun Slave ilə əlaqələndirilməsi 2 yolla mümkündür:

a)Proqramlanma zamanı SCON registrində D7 biti ilə Slave kimi təyin edilən qurğunun DO xətti siqnalı vasitəsilə aktiv vəziyyətə keçərək Master –nin ümumi DI şininə bağlanır.

b) Master tərəfindən göndərilən ünvan kodu bütün Slave-lərin SCOMP blokunda öz ünvanları ilə müqayisə edilir.Üst-üstə düşdüyü həmin Slave-nin DO xətti aktivləşdirilir.Bunun üçün Slave qurğularda ünvanın müqayisə edilməsinə icazə verilməlidir(D3 biti).

SPI interfeysi ilə bağlanan qurğulardan yalnız biri Master kimi iştirak edə bilər.Bir neçə Slave-lərdən birinin baxılan anda mübadilə üçün aparatla seçilməsi məqsədilə Master qurğu siqnalını və ünvan kodunu göndərir. Master rejiminin seçildiyi halda aşağıdakılar yerinə yetirilməlidir: sinxronlaşdırma mənbəyi (TCLK generatoru,yaxud T0 taymerinin Tout çıxışı), sinxronlaşdırma siqnalının cəbhəsi seçilməlidir. TCLK üçün onun bölmə əmsalı (D1,D2 ilə) verilməlidir.Bu rejimdə qurğunun siqnalı aktiv olmalıdır.Qəbul edilmiş 8 bitin RxBuf-ə yüklənməsi bu kodun MK-ya ötürülməsinə rəvac verir.Cari baytın qəbulundan sonra bitlər sayğacında hasil edilən IRQ3 kəsilmə siqnalı D4 bitini “1” edir. IRQ3 kəsilmə siqnalına uyğun xüsusi xidmət proqramı qəbul edilmiş simvolun kodunu yadda saxlayaraq növbəti baytı RxBuff-yə yükləyir.

Slave qurğunun DO çıxışı proqramla (D2 SCON) Master –nin ümumi DI şininə bağlanır,yaxud SCOMP-da ünvanın müqayisə nəticəsində aktivləşdirilir.Axırıncı halda D3 SCON biti tətbiqi proqramda “1” edilir.

Şək. 7.4 –də SPI dəstəkli MSP430F tipli MK-nin xarici DAC mikrosxeminə bağlanması göstərilmişdir.Məlumatın ötürülməsinin yalnız MK-dan DAC-ə doğru istiqamətləndiyi bu sxemdə DO, və siqnallarının ötürülməsi üçün MK-nin paralel giriş/çıxış P3 portunun P3.0,P3.1 və P3.3 xətlərindən istifadə edilmişdir.


Bizi dəstəkləyənlər