Menu

Daxil olun Qeydiyyat

Mozilla Firefox

Mozilla Firefox Genişlənmələri

Mozilla Firefox Genişlənmələri

Mozilla Firefox səyyahı multi-funksional və sadə genişləndirilə bilən bir proqramdır. Firefox üçün "Genişlənmələr" (Extensions) adlanan xüsusi modullar mövcuddur. Bu bənddə Firefox-a yeni genişlənmələrin qoşulması izah ediləcək. Nümunə üçün "Google bar" adlanan faydalı bir genişlənmədən istifadə edəcəyik. Genişlənmənin özü haqqında bir qədər sonra məlumat veriləcək. 
Genişlənmələrin quraşdırılması üçün üsullardan biri "Tools" menyusunda gördüyünüz "Extensions" sətrini seçin: 

Bu pəncərənin aşağı sağ küncünda olan "Get More Extensions" keçidi ilə mozilla.org saytının genişlənmələri kataloquna baxa bilərsiniz. Buradan GoogleBar adlı genişlənməni axtarıb tapaq. 

Müvafiq genişlənməni tapıb onun səhifəsinə keçdikdən sonra, "Install Now" keçidi vasitəsilə qurulmasına başlaya bilərsiniz. 
 

Qurulmanı seçdikdən sonra faylın elektron imzası/sertifikatı haqqında xəbərdarlıq və s. kimi məlumat verən pəncərə çıxa bilər. 
 

Burada "Install Now" seçib proqramın qurulmasına başlaya bilərsiniz. Bunu etdikdən sonra "Extensions" hissəsində yeni sətir əmələ gəlməlidir. Bu, yeni genişlənmənin müvəffəqiyyətlə qurulmasını bildirəcək: 
 

Firefox-u növbəti dəfə işə saldıqda GoogleBar genişlənməsi dərhal işə düşəcək və ayrıca alətlər lövhəsi kimi pəncərədə yerini alacaq. 

Qeyd: Bu material Firefox-un ingilis versiyasını əhatə edir. Nəzərinizə çatdırım ki, Firefox azərbaycan dilində də mövcuddur.


Bizi dəstəkləyənlər