MS-DOS

Giriş

Giriş

MS-DOS (Microsoft Disc Operation System) - Əməliyyatlar Sistemi üzərində Windows Əməliyyatlar Sistemi qurulmuşdur. Onu bilmədən Windows-u bilmək evi özülsüz tikmək kimi bir şeyə bənzəyir. MS-DOS yalnız əmrlərdən ibarətdir, o, Windows kimi bir neçə əməliyyatı birdən yerinə yetirə bilmir. Burada yalnız əməliyyatları ardıcıl yerinə yetirmək olar, yəni bir dəfəyə iki və daha çox əməliyyatı yerinə yetirmək olmur. İndi isə, gəlin, bu əməliyyatlar sistemi ilə tanış olaq.

MS-DOS-un işə salınması: Əgər siz indi Windows Əməliyyatlar Sistemində işləyirsinizsə, onda bu sistemi çağırmaq üçün Start -> Run edir və orada "command" əmrini yazıb OK düyməsini sıxın. Bundan sonra, qara fonda bir pəncərə açılacaq, bu, MS-DOS-dur.