Outlook Express

Məktubların alınması

Məktubların alınması

Yeni məktubların gəlməsini yoxlamaq üçün Göndərmək və qəbul etmək (Send and Receive All) düyməsini basın. Bunun nəticəsində göndərilməni və qəbulu müşahidə etmə pəncərəsi açılır və yeni gələn məktublar Daxil olan (Inbox) qovluğunda yerləşdirilir.
İstədiyiniz məktubun üzərində mausun düyməsini basın və məktubun mətnini Outlook Express pəncərəsinin aşağı hissəsində oxuyun. 
İstəsəniz, məktubun üzərində mausun düyməsini iki dəfə basmaqla onu ayrı bir pəncərədə açıb oxuya bilərsiniz.