Menu

Daxil olun Qeydiyyat

Outlook Express

Məktubların göndərilməsi

Məktubların göndərilməsi

Mətn yazıldıqdan, ünvanı və məzmunu göstərildikdən sonra məktubu göndərmək olar. Gördüyünüz kimi, elektron imza avtomatik olaraq məktubun sonunda yazılır.



Alətlər lövhəsində yerləşən Göndərmək (Send) düyməsini basın. Biz orfoqrafiyanın yoxlanması parametrini aktivləşdirdiyimizə görə ekranda Orfoqrafiya (Spelling) pəncərəsi açılır. Məktubun mətni ingilis dili lüğəti əsasında aparılır. Bizim məktub ingilis dilində olmadığından mətn yoxlanmır. Təkzib (Cancel) düyməsini basın.
Məktub Göndərilən (Outbox) qovluğunda yerləşdirilir. İndi isə, Göndərmək və Qəbul etmək (Send and Receive All) düyməsini basmaqla, Göndərilən (Outbox) qovluğundakı məktubu və ya məktubları alıcının serverinə göndərin.
Açılan pəncərədə məktubun göndərilməsini müşahidə edə bilərsiniz. Məktubları göndərdikdən sonra Outlook Express daxil olan məktubları yoxlayıb, pəncərəni bağlayır.


Bizi dəstəkləyənlər