Outlook Express

Məktubların sıralanması

Məktubların sıralanması

Poçt proqramı elektron məktubları nizamlamaq üçün xüsusi imkanlara malikdir. Standart funksiyalardan istifadə etməklə bu işi asanlaşdırmaq olar. Bu funksiyalardan biri sıralama funksiyasıdır.
Daxil olan (Inbox) məktublar pəncərəsində məktublar siyahısının başlığı üzərində mausun düyməsini basın. Siyahını məktub göndərənlərin adları üzrə sıralamaq üçün Başlayaraq (From) düyməsini basın. Gördüyünüz kimi, məktublar əlifba sırası ilə düzüldü.
Sıralamanı dəyişə bilərsiniz. Bunun üçün, təkrar olaraq məktublar siyahısının başlığı üzərində mausun düyməsini basın. 
Məktubları başqa kriteriyalara görə də sıralamaq olar.
Menyunun Görünüş (View) bəndini açıb Sıralama (Sort by) əmrini, sonra isə, Alınıb (Received) sətrini seçin.
Bu halda məktublar alınma tarixinə görə sıralanacaq.
Outlook Express proqramında sıralama qaydaları Poçtun Nizamlayıcısında izah edilir.
Menyunun Xidmət (Tools) bəndini açın, mausun oxunu Sıralama qaydaları (Messages rules) sətrinin üzərinə gətirin, sonra isə, mausun düyməsini basmaqla Poçt (Mail) sətrini seçin.



Açılan dialoq pəncərəsində sıralama aparmaq üçün sizə bir sıra qaydalar təklif edilir. Pəncərədən çıxmaq üçün Təkzib (Cancel) düyməsini basın.