Outlook Express

Poçtun Sazlanması Ustası

Poçtun Sazlanması Ustası

Outlook Express-in sazlanması üçün poçtun bir neçə əlavə parametrini göstərmək lazımdır.
Sazlama Ustası pəncərəsində Adın göstərilməsi (Display Name) sahəsində məktubları qəbul edən və göndərən istifadəçinin adı yazılır. Bu sahədə misal üçün, Rəşad Əliyev (Rashad Aliev ) adını yazın və "İrəli" (Next) düyməsini basaraq, növbəti pəncərəyə keçin.



Ekranda elektron ünvanın daxil edilməsi pəncərəsini görürsünüz. Elektron ünvan sahəsinə Əliyev Rəşadın ünvanını daxil edin: rashad@firststeps.az
"İrəli" (Next) düyməsini basın.
 



İndi isə, sizə internet xidmətləri göstərən İnternet xidmətçisinin poçt serverlərinin ünvanları daxil edilməlidir. Qarşınızda məlumat daxil etmək üçün iki sahə var: daxil olan məktublar serverinin (POP3 və ya IMAP) və göndərilən məktublar serverinin (SMTP) ünvanı. Bu ünvanları siz İnternet xidmətçinizdən öyrənə bilərsiniz. Çox zaman hər iki ünvan eyni olur. Misal üçün, sahələrin ikisinə də firststeps.az ünvanı yazın. "İrəli" (Next) düyməsini basın.
 



Yeni açılan pəncərədə Qeydiyyat Yazısını və parolu daxil etmək lazımdır.
Qeydiyyat yazısı kimi, adətən elektron ünvanın birinci hissəsi qəbul edilir. Bu yazı Outlook Express poçt proqramında qeydiyyatdan keçmiş konkret istifadəçiyə aiddir. Gördüyünüz kimi, Qeydiyyat Yazısı sahəsində "Rəşad" (rashad) sözü yazılmışdır. Bizim misalda bu, istifadəçinin adıdır.
Poçtdan istifadəni məhdudlaşdırmaq üçün paroldan istifadə olunur. Parol istifadəçinin istəyi ilə hər hansı bir söz ola bilər. Parol sahəsinə parol kimi seçdiyiniz bir sözü yazın. Parol sahəsində yazdığınız sözdən asılı olmayaraq, ulduz işarələri yazılır ki, kənardan sizin yazdığınız parolu oxumaq mümükün olmasın. "İrəli" (Next) düyməsini basaraq, növbəti pəncərəyə keçin. 
 



Axırıncı pəncərədə proqramın müvəffəqiyyətlə qoşulması haqqında xəbər verilir. Sazlamanı tamamlamaq üçün "Son" (Finish) düyməsini basın.
 



Beləliklə, Outlook Express proqramı məktub qəbul etmək və göndərmək üçün hazırdır. Rəşad Əliyev (rashad) Qeydiyyat Yazısı və rashad@firststeps.az elektron ünvanı altında qeydə alınmışdır.