Outlook Express

Qeydiyyat yazısı

Qeydiyyat yazısı

Qeydiyyat yazısını seçin və Xidmət (Tools) menyusunda Xassələr (Properties) düyməsini basın.
Ümumi (General) adlanan birinci səhifədə istifadəçi haqqında məlumat verilir.
Serverlər (Servers) səhifəsinə keçin. Parolu yadda saxlamalı (Remember Password) sahəsinin aktiv olması Outlook Express işə salınanda sizi təkrar parol yazmaq məcburiyyətindən azad edir.



Qoşulma (Connection) səhifəsində İnternetə qoşulma - modemdən, yaxud lokal şəbəkədə istifadə edilmə üsulları göstərilir.
OK düyməsini basdıqda siz İnternetin Qeydiyyat Yazıları pəncərəsinə qayıdırsınız. Bu pəncərəni bağlamaq üçün "Bağlamaq" (Close) düyməsini basın.