Outlook Express

Ünvan kitabından İstifadə

Ünvan kitabından İstifadə

Ünvan kitabından istifadə məktublarda ünvanların yazılmasını asanlaşdırır və vaxtınıza qənaət edir. Mausun oxunu menyunun Xidmət (Tools) bəndinin üzərinə gətirib sol düyməsini basın, Ünvan kitabı (Address book) əmrini seçin.



Açılan dialoq pəncərəsində Yeni (New) düyməsini basın. Açılan siyahıdan Yeni əlaqə (New contact) sətrini seçin. Ekranda Xassələr (Properties) pəncərəsi açılır. Adı (First name) sahəsinə ad yazın, məsələn, Rashad, Soyadı (Last name) sahəsinə soyadını (Aliev), Elektron ünvan (E-mail addresses) sahəsinə isə, elektron ünvanını yazın (rashad@firststeps.az).
Əlavə etməli (Add) düyməsini basdıqda Ünvan kitabına birinci ünvan daxil edilir.
OK düyməsini basın. Pəncərənin yuxarı sağ küncündəki "X" düyməsini basmaqla Ünvan kitabını bağlayın.
Menyunun Xidmət (Tools) bəndinin Parametrlər (Options) əmrini seçin. Açılan dialoq pəncərəsinin Göndərmək (Send) səhifəsində Cavab verdiyim şəxsləri Ünvan kitabına daxil etməli (Automatically put people I reply to in my Address book) parametrinə fikir verin. Bu parametri aktivləşdirsəniz, hər cavab yazdığınız məktubun ünvanı avtomatik olaraq Ünvan kitabına daxil ediləcək. Təkzib (Cancel) düyməsini basaraq, bu imkandan imtina edin.
 



Poçt istifadəçisinin əsas pəncərəsinə qayıtdıqda "Yeni məktub" (New Mail) düyməsini basın və məktub göndərəcəyiniz şəxsin adını yazmağa başlayın. Gördüyünüz kimi, proqram özü adı və soyadı avtomatik olaraq Ünvan kitabında yazılanlara əsasən davam edir. Təsdiqləmək üçün yazının yanında mausun düyməsini basın.
Başqa bir misal: Məktub pəncərəsində Kimə (To) düyməsini basın. Alıcının adını seçin (Select recipients) dialoq pəncərəsi açılır. Üzərində mausun düyməsini basmaqla ünvan kitabında olan yazılardan birini seçin və Kimə (To) düyməsini basın. Sonra Ünvan kitabındakı başqa bir yazını seçib Surəti düyməsini basın. OK düyməsini basdıqda görəcəksiniz ki, seçdiyiniz ünvanlar lazımi sahələrdə yerləşdirilib.