Outlook Express

Ünvanın göstərilməsi

Ünvanın göstərilməsi

Yeni bir məktub yazmaq üçün Outlook Express-in əsas pəncərəsində Yeni məlumat (New mail message) düyməsini basın.
Əgər ekranda əsas pəncərə yox, Daxil olan (Inbox) pəncərəsi açıqdırsa, mausun düyməsini Yeni məktub (New mail) düyməsi üzərində basın. 
Ekranda Məktubun tərtibi (New message) pəncərəsi açılır. Burada birinci sətirdə məktub göndərilən elektron Ünvan, ikinci-üçüncü sətirlərdə lazım gəldikdə məktubun surətini göndərmək üçün ünvanlar və nəhayət, məktubun mövzusu yazılır.



Məsələn, Kimə (To) sahəsində info@firststeps.az yazın. Surəti (Cc) sahəsində yazılan ünvanlara məktubun surəti göndərilir, Məktubun mövzusu (Subject) sahəsində məktubun mövzusunu bir-iki sözlə yazın. 
Məktubun mətn sahəsində 
Salam! 
Sizin şərtlərlə razıyıq.
Əməkdaşlığı davam etməyi təklif edirik.

mətnini yazın.