PHP

Dəyişənlər

Dəyişənlər

PHP-də dəyişənlər $ işarəsi ilə başlayır. Bu işarədən sonra istənilən sayda hərf və rəqəm yazmaq mümkündür. Amma yadda saxlayın ki, rəqəmləri əvvəldə yazmaq qəbul olunmur. Həmçinin yadda saxlamaq lazımdır ki, PHP-də dəyişənlərin adları hərflərin kiçik və ya böyük olmasından asılı olaraq, hissiyyatlıdırlar.
PHP-də qeyd olunan dəyişənlər proqram ərzində bir neçə tipdə ola bilərlər. Tipləri sonra izah edəcəyəm.
Dəyişənə mənimsədilən məna axıra kimi özünü saxlayır, yəni sorğu qurtarana qədər.