PHP

Funksiyalar

Funksiyalar

echo() (təkrarlamaq, yamsılamaq) əslində funksiya sayılmır (dilin konstruksiyasıdır) və ona görə də yanında mötərizələr qeyd olunur. Bu komandadan sonra müxtəlif formalara əmrlər vermək olar.

1. Ən sadə forma


<?php

echo "Hello World";

?>

Nəticə: Hello World


1.2 Proqram formasında yazılışına baxmayaraq, o, sözləri bir sətrə toplayır.


<?php

echo "This spans 
multiple lines. The newlines will be 
output as well.";

?>

Nəticə: This spans multiple lines. The newlines will be output as well.

1.3 Burada əlavə olunan \n boşluq rolunu oynayır. PHP dilinin qrammatikası : )


<?php

echo "This spans\nmultiple lines. The newlines will be\noutput as well.";

?>

Nəticə: This spans multiple lines. The newlines will be output as well.

1.4 Nəticə və script (proqram cümləsi) arasındakı fərqə baxsanız, müəyyən simvolların itdiyini görərsiniz. Dırnağın düşməsi üçün ayrıca şəkildə dırnağın önünə \ (slash-sləş) simvolu artırılır.


<?php

echo "Escaping characters is done \"Like this\".";

?>

Nəticə: Escaping characters is done "Like this".

1.5 echo vasitəsi ilə siz dəyişənlərin mənalarını ekrana verə bilərsiniz. Cümlələr bir-birinə qarışmasın deyə, \n artırdım, beləliklə, cümlələr arasında boşluq yarandı.


<?php

$z = "Zabil";
$i = "İbayev";
echo "Mənim adım $z dir.";
echo "\n Mənim adım $z və soyadım $i dir.";
echo "\n $z$i."; echo "\n $z $i.";

?>

Nəticə: Mənim adım Zabil dir. Mənim adım Zabil və soyadım İbayev dir. Zabilİbayev. Zabil Ibayev.
Qeyd: Dəyişənlər "$" işarəsi ilə qeyd olunurlar. x yazsanız adicə hərf, $x yazsanız ona bərabər olan məna başa düşüləcək. $x=10, $z=Zabil, $i=Zabil İbayev.

1.6 echo qoşa "" dırnaqlardan əlavə, tək '' dırnaqlarla da işləyir. Tək dırnaqlar hər hansı bir string-in (yazının) şəkil formasında təsviridir. Yəni $x-in dəyişən olduğunu anlamır.


<?php

$x='ibayev';
echo'zabil $x';
echo "\n",'zabil',"\n",$x;

?>

Nəticə: zabil $x zabil ibayev

Print () (çapa vermək) funksiya sayılmır (dilin konstruksiyasıdır) və ona görə də yanında mötərizələr qeyd olunur. Bu komandadan sonra müxtəlif formalara əmrlər vermək olar.
Ümumi qeyd: Bütün funksiyaların sətri bitdikdən sonra ; (nöqtə vergül) qoyulmalıdır. Əks halda, ondan sonra gələn yeni funksiyanız işləməyəcək və nəticədə error (səhv) verəcək.

Burda diqqətli olun. Bu funksiya "echo" ilə oxşar olsa da, onunla eyni formada yazılmır. Ümumilikdə, aşağıda göstərdiklərimi siz də yoxlayın.


<?php

print("Hello World");	// Hello World


$z="Zabil";
print $z;	// Zabil


print "\" İbayev Zabil\".";
// eynilə echo-dakı kimi, dırnaqlar slash işarəsi ilə görünür " İbayev Zabil."



$i="İbayev";
print "Zabil $i";	// Zabil İbayev

?>

Maraqlı bir şey: <<<END...................................END; arasında qalan cümlələr ekrana verilə bilir:


<?php

print <<<END
Mən bilmirəm niyə, amma belə yazmaq olur :) Mən bilmirəm niyə, amma belə yazmaq olur :)
Mən bilmirəm niyə, amma belə yazmaq olur :) Mən bilmirəm niyə, amma belə yazmaq olur :)
Mən bilmirəm niyə, amma belə yazmaq olur :) Mən bilmirəm niyə, amma belə yazmaq olur :)
END;

?>

Nəticə: Mən bilmirəm niyə, amma belə yazmaq olur :) Mən bilmirəm niyə, amma belə yazmaq olur :) Mən bilmirəm niyə, amma belə yazmaq olur :) Mən bilmirəm niyə, amma belə yazmaq olur :) Mən bilmirəm niyə, amma belə yazmaq olur :) Mən bilmirəm niyə, amma belə yazmaq olur :)