PHP

Konstantlar (Sabitlər)

Konstantlar (Sabitlər)

Konstantlar proqramda define() funksiyası vasitəsi ilə elan olunurlar:


<?php

define(CONSTANT, value)

?>

Bu funksiyanın birinci parametri konstantın adı, ikincisi onun qiymətidir. Konstantın istifadəsi zamanı ona adına uyğun istinad edilir:


<?php

define(CONSTANT1,15);
define(CONSTANT2,"\x20"); // aralığın (boşluğun) kodu
define(CONSTANT3,"Hello");
    echo(CONSTANT1);
    echo(CONSTANT2);
    echo(CONSTANT3);

?>

Ənənə olaraq, konstantın adını yuxarı reyestr hərfləri ilə yazırlar. Bu ənənə olmasına baxmayaraq, sizə bu üsulla yazmağınızı məsləhət görürəm. Belə bir funksiya mövcuddur - defined() (təsdiq olunub), hansı ki, konstantın müəyyən olub-olmadığını yoxlayarkən istifadə oluna bilər:


<?php

define(CONSTANT,"Hello");
if (defined("CONSTANT"))
{
    echo("<p>Konstant təyin olunub.</p>");
}

?>

Yuxarıda gördüyünüz { } işarələrinin qoyulma səbəbi if funksiyasıdır. Yəni əgər (if) konstant təyin olunubsa (defined) (şərtlə bağlı olan cümlələr { } daxilində gedir), o zaman funksiyanı et, yəni göstər (echo). Konstant təyin olunub. Əlbəttə ki, siz bu şərtdən əvvəl konstantı daxil etmişsizsə, doğru nəticə göstərəcəkdir.