PHP

PHP-də məlumatın tipləri. Tiplərin dəyişdirilməsi

PHP-də məlumatın tipləri. Tiplərin dəyişdirilməsi

Əvvəl deyildiyi kimi, PHP-də dəyişənlərin tipləri ilə bağlı özündə müəyyən elastiklik imkanı verir, proqram daxilində bir dəyişənlə həm yazını, həm də rəqəmi işləmək mümkündür. Lakin buna baxmayaraq, PHP-də əsas məlumat tiplərinin komplekti vardır, hansı ki, dəyişənlərlə bağlı işlərdə açıqcasına göstərilə bilərlər:
integer;
string;
boolean;
double;
array;
object;


Belə bir funksiya var: gettype(), hansı ki, PHP dəyişənə təyin etdiyi tipi geri qaytarır (sorğunu geri qaytarmaq):


<?php

$var = "5";
$var1 = "5";

    echo(gettype($var));
    echo "<br>";
    echo(gettype($var1));

?>

Birinci halda PHP string geri qaytaracaq, ikinci halda integer.
Həmçinin belə bir funksiya da mövcuddur: settype(), hansı ki, tipi təyin etməyə imkan verir :


<?php

$var = "5";

    echo(gettype($var));
    
settype($var,integer);

    echo "<br>";
    echo(gettype($var));

?>

Yuxarıda yazdığım kod, bundan əvvəlki kodun nəticəsi ilə eyni olacaq.
settype() funksiyasından başqa da PHP-də tipləri təyin etmək mümkündür. Belə ki, dəyişənin yeni tipini ona mənimsətmək lazımdır. Bunu etmək üçün aşağıdakı formada yazmaq lazımdır:


<?php

$var = (int)$var;

?>

Müvafiq olaraq, növbəti kodun yerinə yetirilməsi РНР-nin integer geri qaytarmasına səbəb olur:


<?php

$var = "5";		// tip string
$var = (int)$var;	// int dəyişdiririk

    echo(gettype($var));

?>