PHP

PHP-ni yükləmə yolu

PHP-ni yükləmə yolu

PHP dinamik dil sayılır, yəni belə proqramlar məlumatların sorğu şəklində müəyyən bir serverə göndərilib və oradan sorğuya uyğun cavabların alınması sistemi ilə işləyir. Bu sistemin işləməsi üçün bizə baza məlumatlarına girə bilən serverlə bağlı proqramlar lazımdır. Apache, MYSQL kimi. Mən Apache-ni uyğun bilirəm (daha ətraflı izah olunacaq).

Bizə lazım olacaq ləvazimatlar (proqramlar): 
PHP 5.1.2 www.php.net/downloads.php
Apache 1.3.34 www.php.net/downloads.php

PHP 5.1.2 arxivini (*.rar arxivi) C:\php direktoriyasına boşaltdıqdan sonra C:\php\php5ts.dll faylını C:\WINDOWS\system32 direktoriyasına köçürürük (copy). C:\php qovluğunda php.ini-dist faylını tapacaqsınız. Bu faylı C:\WINDOWS direktoriyasına köçürür və adını dəyişdiririk (php.ini kimi). Php.ini faylını notepad vasitəsi ilə açırsınız və Ctrl+F düymələrini birlikdə basaraq, axtarışa "globals", "magic_quotes" (ayrı-ayrılıqda) yazın və aşağıdakı formada olmasından əmin olun (əks halda, böyük ehtimalla işləməyəcək). Bunun səbəbini irəlidə izah edəcəyəm. 
registry_globals= on
magic_quotes_gpc= off

Sonra, 2-ci əsas məsələ, Apache 1.3.34 yükləməyə çalışaq.
İki dəfə üzərinə basın və "Next" düyməsi ilə irəliləyin, sonra Apache License qəbul edərək (I accept) işarə edin, "Next" basıb irəliləyin və belə bir ekran çıxanda şəkildəki kimi doldurun. (localhost, öz e-poçtunu yaz )


Yüklədikdən sonra C:\Program Files\Apache Group\Apache\conf\httpd daxil olub, orada Ctrl+F vasitəsi ilə "LoadModule" yazıb axtarışa verin və aşağıda yazdığım formada yazı tapsanız, deməli, doğru yoldasınız. Mənim qırmızı ilə işarələdiyim yazını (LoadModule php5_module C:/php/php5apache.dll) eyni ilə LoadModule-ların sonunda yaz. Səhvə yol verməyin və aşağıdakı ilə eyni olmasını yoxla.

#LoadModule vhost_alias_module modules/mod_vhost_alias.so
#LoadModule mime_magic_module modules/mod_mime_magic.so
#LoadModule status_module modules/mod_status.so
#LoadModule info_module modules/mod_info.so
#LoadModule speling_module modules/mod_speling.so
#LoadModule rewrite_module modules/mod_rewrite.so
#LoadModule anon_auth_module modules/mod_auth_anon.so
#LoadModule dbm_auth_module modules/mod_auth_dbm.so
#LoadModule digest_auth_module modules/mod_auth_digest.so
#LoadModule digest_module modules/mod_digest.so
#LoadModule proxy_module modules/mod_proxy.so
#LoadModule cern_meta_module modules/mod_cern_meta.so
#LoadModule expires_module modules/mod_expires.so
#LoadModule headers_module modules/mod_headers.so
#LoadModule usertrack_module modules/mod_usertrack.so
#LoadModule unique_id_module modules/mod_unique_id.so


LoadModule php5_module C:/php/php5apache.dll

#
# Reconstruction of the complete module list from all available modules


2-ci addım. Yenə axtarış verin və bu dəfə "AddModule" axtarın. Eynilə yuxarıda izah elədiyim kimi, AddModule-ların axırında AddModule mod_php5.c yazın. Yaddaşa verin, faylı bağlayıb çıxın.

#AddModule mod_vhost_alias.c
AddModule mod_env.c
AddModule mod_log_config.c
#AddModule mod_mime_magic.c
AddModule mod_mime.c
AddModule mod_negotiation.c
#AddModule mod_status.c
#AddModule mod_info.c
AddModule mod_include.c
AddModule mod_autoindex.c
#AddModule mod_unique_id.c
AddModule mod_so.c
AddModule mod_setenvif.c
AddModule mod_php5.c

#
# ExtendedStatus controls whether Apache will generate "full" status


Sonra Start-dan "Run" düyməsinə basın və şəkildəki kimi yazıb "OK" düyməsinə basın. (net stop apache)
 


Sonra, bir neçə saniyədən sonra aşağıdakı kimi yazıb OK düyməsinə basın.(net start apache)