PHP

PHP proqramı

PHP proqramı

PHP əsasən, internetlə əlaqəli olan proqramdır və onunla web səhifələri düzəltmək mümkündür. Amma onu da bilmək lazımdır ki, PHP digər məqsədlər üçün də işlədilir. 
Ümumiyyətlə, nəyə görə belə proqramlar yaradılır? Bu cür kodlaşdırma səbəbi nədir?
Siz kimdənsə nə isə öyrənmək istəyəndə, ilk əvvəl etdiyiniz şey ona sual vermək və sonra soruşduğunuz suala uyğun cavabın sizə bildirilməsini gözləməkdir. Eyni sistem ilə də, kompüter informasiya sistemi qurulmuşdur. 
Yəqin ki, Server adlı nə isə eşitmisiniz. Serverlərdə də eynilə insanlar kimi, onlara deyilən (yazılan) məlumatlar saxlanılır və ona sorğu verəndə, o, sorğuya uyğun məlumatı tapır və sizə cavab verir. Sadəcə olaraq, o fikirləşmir, axtarış aparır, yəni məlumatı axtarır (uyğun sorğunu, əmri) və məlumatın sizə ötürülməsi üçün bizim kimi danışmır, ancaq müəyyən edilmiş proqram təminatından istifadə edərək cavab verir. Bu proqramlar aşağıdakılardır və hamısının ümumi funksiyası serverlə sifarişçi (yəni siz) arasında əlaqə yaratmaqdır.
Internet Explorer və ya hər hansı bir web browser — siz sorğunu burda yazırsınız və ünvanlayırsınız (kimdən cavab gələcək)
PHP vasitəsi ilə əmr vermək üçün sorğu düyməsi yarada bilirsiniz və PHP dilində sorğunu göndərirsiniz. Buna oxşar dillər (HTML, ASP və s.)
Apache və ya MySQL - bu proqramlar vasitəsi ilə serverlə əlaqə yarada bilərsiniz və sonra o, məlumatı sizə göndərir. 
Bu qədər sadə dil məncə bəs edər.

Brauzerin serverə müraciət prosesinin necə getdiyinə baxaq. Beləliklə, əvvəl brauzer sorğunu .php formasında göndərir və ondan sonra web-server onu PHP maşınından keçirir və HTML formasına çevirib cavabı sifarişçiyə (yəni sizə) göndərir. Sorğunu PHP dilində vermək üçün xüsusi teqlər daxilində yazıb göndərmək lazımdır. Onlar 4 növ olur (onlar bir-birlərinə ekvivalentdirlər və istənilən birini istifadə etmək olar).

XML forması:


<?php
...
?>

SGML forması:


<?
...
?>

HTML forması:


<script language="php">
...
</script>

ASP forması:


<%
...
%>

Biz bu formalardan əsasən, XML və ya SGML formalarından istifadə edəcəyik.
Mən ilk proqramımı belə yazmışam.

Məcburi deyil ki, Dreamweaver-də yazasınız, əgər proqram yoxdursa, adicə Notepad-i açın və yazın.
Dreamweaver-də Ctrl+N (File - New) Dynamic page, orada PHP seçin və yaradın (Create).
 


 

/p>



Şəkildə gördüyünüz formada yazın. 

Yazdığınız faylı C:\Program Files\Apache Group\Apache\htdocs–da salam.php formasında yaddaşa verin (Save as).
Artıq bildiyimiz kimi, PHP dinamik dildir. Biz Apache yükləyəndə "localhost" yazdıq, yəni daxildə yerləşdirmə. Daxildə yerləşdirmə 127.0.0.1 IP ilə təyin olunmuşdur. Biz sorğumuzu daxildə sorğu verərək, 127.0.0.1 PHP-də yazdığımız "salam" faylını axtaracağıq. Yəni Internet Explorer-i açaraq, orada ünvan yerində 127.0.0.1\salam.php yazırsınız. Aşağıdakı nəticə alınacaq. Alınmasa, deməli, hardasa səhv buraxmısınız : )
 

Siz artıq PHP-də ilk proqramınızı yazdınız.

İzahlar:
Məndə Windows XP ingilis dilində olan əməliyyat sistemi yüklənib və ona uyğun izah edəcəyəm.
Uzun sözün qısası, burda mənim yazılarımdan baş çıxarmaq üçün qeydləri yerləşdirirəm.

Proqramı harda yazacaqsınız:
"Start" düyməsinə basın və menyudan "Run" komandasını seçin. Orada "notepad" yazın və qarşınıza çıxan proqramda kodları çap edə bilərsiniz.

Qeyd:
Bundan sonra mən sizə sadəcə olaraq, komandaların izahını və <body> .... </body> daxilində gedəcək script-ləri, proqram sətirlərini izah edəcəyəm.

Ümumi qeyd:
Bütün funksiyaların sətri bitdikdən sonra ; (nöqtə vergül) qoyulmalıdır. Digər halda, ondan sonra gələn yeni funksiyalar qəbul olunmayacaq və nəticədə error (səhv) verəcək. Yazdığım cümlələr əgər çətin izah edirsə, sadəcə olaraq kodları yazın və nə nəticə alındığına baxın və başa düşməyə çalışın.

PHP əsasən Notepad-də yazılır, amma sırf PHP-də işləmək üçün proqramlar vardır ki, siz kodu yazdığınız zaman sizə hazır formada təkliflər verir.
www.php.ru bu sayt sizə müəyyən problemlərlə bağlı kömək edə bilər. 

Mən həmişə nəticəsi yazmayacağam, nəticəni (\\) formada göstərəcəyəm. Çünki PHP-də proqram 2 sləşdən sonra gələn sətirdəki yazıları qəbul eləmir və ora şərh yazmaq mümkündür. Bundan başqa, C++ stilində yazmaqda olar (/*...*/). Sləş və ulduz arasında qalan informasiya proqram tərəfindən qəbul olunmayacaqdır və ya, Unix dilində sadəcə (#) dies-dən sonra gələnlər qəbul olunmayacaqdır.


<?php

echo("<p>Hello</p>"); // şərh
echo("<p>Hello</p>"); # şərh

/*
şərh
*/

?>

Onu da bildirim ki, şərh ancaq PHP daxilində işləyir, yəni (<?php ... ?>). Əks təqdirdə, proqram onu HTML mətni kimi qəbul edib ekrana verəcək. Məsələn:


<?php

echo("<p>Hello</p>"); // normal şərh

?>

// Bu da PHP-dən kənarda olan şərh:
<!-- HTML şərh (HTML-in kodunda görünəcək, amma brauzerdə yox) -->

Şərhi operatordan sonra və aşağıdakı kimi ayrıca da vermək olar.


<?php

$a = "Hello, world";
    echo strstr($a,"H");
    
// Bu funksiyaya daha sonra baxacağıq.

?>