PowerPoint

Avtoməzmun Ustası

Avtoməzmun Ustası

Hər bir təqdimat üzərində mətn, şəkil və qrafik yerləşdirilmiş slaydlar ardıcıllığından ibarətdir. Avtoməzmun Ustasının köməkliyi ilə təqdimat yaradarkən PowerPoint proqramı özü lazım olan məlumatı istifadəçidən tələb edir. 

Gəlin tərtib edəcəyimiz təqdimatın strukturunu yaradaq. 

PowerPoint-in dialoq pəncərəsində File menyusundan ne pəncərədini sıxdıqdan sonra Sağ tərəfdəki hissədən Ne bölməsindən düyməsini sıxın.

Açılan birinci səhifədə İrəli (Next >) düyməsini sıxın. 

Avtoməzmun Ustası kifayət qədər təqdimat maketi təklif edir. Buradakı siyahıdan aşağıdakı mövzularda təqdimatlar seçmək olar.

Ümumi məsələlər üzrə mühazirələr (General)

Xidməti məsələlər üzrə mühazirələr (Corporate)

Layihələr (Projects)

Ticarət hesabatları (Sales / Marketing)

Karneqi sayağı məsləhətlər. (Carnegie Coach)

Təklif olunan təqdimatların hamısının siyahısını Hamısı (All) düməsini sıxmaqla görmək olar. Bu siyahıdan istədiyiniz maketi seçin.

Misal üçün, Layihələr (Projects) bölməsindən Project Post-Mortem-i seçin. İrəli (Next) düyməsini sıxın. 

Açılan növbəti pəncərədə təqdimatın üslubunu seçin. 

Burada 5 variant var:

  • ekranda təqdimat (On-screen presentation)
  • İnternetdə təqdimat (Web-presentation)
  • ağ-qara təqdimat (Black and white overheads)
  • rəngli təqdimat (Color overheads)
  • 35 mm slaydlar (35 mm slides)

Ekranda təqdimat (On-screen presentation) sətrini seçib, İrəli (Next) düyməsini sıxın.

Təqdimatın parametrləri pəncərəsində Təqdimatın başlığı (Presentation Title) sahəsində Satış planı mətnini yazın. 

Aşağı kolontitul (Footer) sahəsində Perspektiv mətnini yazın . Bu mətn hər slaydın aşağısında yazılacaq. Son Dəyişmə Tarixi (Data Last Update) və Slaydın Sayı (Slide Number) sətirlərinin nişanlarını dəyişməyin ki, təqdimatın hər bir slaydında tarix və slaydın sayı yazılsın.

İrəli (Next) düyməsini sıxın. Sonuncu pəncərədə Son (Finish) düyməsini sıxın. Nəticədə ekranda strukturu göstərilən yeni təqdimat görünəcək.

 

Avtoməzmun Ustası tərəfindən yaradılmış struktur əsasında öz mühazirənizi qura bilərsiniz. Bunun üçün sadəcə olaraq başlıqları dəyişib, təqdimatın sahələrini dəqiq informasiya ilə əvəz etmək lazımdır. Yeri gəldikdə yeni şəkil və diaqramlar da əlavə etmək olar.

Pəncərəni bağlayın.

Onu "ilkproekt. ppt" adı altında yadda saxlayın.