PowerPoint

Obyektlərin animasiyası (hərəkətə gətirilməsi)

Obyektlərin animasiyası (hərəkətə gətirilməsi)

Təqdimatın nümayişini daha da baxımlı etmək üçün slayda daxil edilmiş obyektləri hərəkətə gətirmək olar. Gəlin animasiyanın imkanlarını işarələnmiş siyahı üzərində öyrənək. 

firststeps.ppt təqdimatını açın, 3-cü slayda keçin 

Slaydların nümayişià İstifadəçi Animasiyası (SlideShowà Custom Animation) əmrini seçin. Açılan pəncərənin Animasiya Obyektləri siyahısında (Check To Animate Slide Objects) slaydın Başlıq 1(Text 1) və işarələnmiş siyahı Mətn2 (Text 2) obyektləri göstərilir. Mətn2-i (Text 2) seçin. Sonra Başlıq 1-i (Text ) seçin. Seçilmiş obyektlər Animasiya Ardıcıllığı (Animation Order) siyahısına keçirilir. Bu siyahı obyektlərin hansı ardıcıllıqla hərəkətə gətiriləcəyini göstərir. Bu siyahıya görə birinci işarələnmiş siyahı, sonra isə başlıq hərəkət etməlidir. Biz isə slaydın nümayişinə Başlıqdan başlamaq istəyirik, buna görə ardıcıllığı dəyişməliyik. 

Aşağıdakı siyahıdan Başlıq 1-i (Text 1) seçin. Siyahının sağında yerləşən ox işarəli (Moveé ) düymələrdən istifadə edib Başlıq 1-ni (Text 1) birinci sətirə keçirin. 

Avtomatik (Automatically) sətrini işarələyib yanındakı sahədə 2 yazın. İndi obyektlər hər 2 saniyədən bir hərəkətə gətirilir. 

Pəncərənin Effektlər (Effects) səhifəsində animasiya efektləri, Diaqram Effektləri (Chart Effects) səhifəsində diaqramlar üçün müxtəlif effektlər, Multimediya (Multimedia Settings) səhifəsində isə multimediya obyektlərinin parametrləri göstərilə bilər. 

Baxış (Preview) düyməsilə slaydın obyektlərinin hərəkətinə xüsusi pəncərədə baxmaq olar. 

və sonda OK düyməsini sıxın.