PowerPoint

Obyektlərin formatlaşdırılması

Obyektlərin formatlaşdırılması

PowerPoint proqramında hər bir şəkilə, diaqrama, cədvələ, mətn qutusuna bir obyekt kimi baxılır. İstənilən obyekti seçib onun yerini dəyişdirmək, çevirmək, rəngləmək olar. 

firststeps təqdimatının ikinci slaydını açın. 

Slayddakı siyahının üzərində mausun sağ düyməsini sıxın, kontekst menyusundan Obyektin Formatı (Format Placeholder) sətrini seçin. Mətn obyekti seçilir və ekranda Avtofiqur Formatı (Format AutoShape) adlı dialoq pəncərəsi açılır. Bu pəncərənin Mətn Qutusu (TextBox) səhifəsində mətnin Obyekt sahəsinin içində yerləşdirilməsi parametrləri göstərilir. Bu səhifə yalnız mətn qutuları üçün açılır. 

Mətnin Yerləşdirilməsi (Text AnchorPoint) açılan siyahıdan Yuxarı Mərkəz (Top Centered) sətrini seçin və mətni çərçivənin içində mərkəzləşdirin. 

Avtofiqurun ölçüsünü mətnə uyğunlaşdırmaq (Resize AutoShape To Fit Text) şərtini işarələyin. Bu rejim mətn çərçivəsini avtomatik olaraq mətnə görə böyüdüb- kiçildir. 

Obyektlərin fonunun və haşiyəsinin rənglərini göstərmək üçün Rənglər və Haşiyələr (Colors And Lines) səhifəsini seçin. 

Fon (Fill) bölməsində Fon Efektlərini (Fill Effects) seçin. Fon Efektləri (Fill Effects) dialoq pəncərəsi açılır. 

Tekstura (Texture ), Naxış (Pattern) və Şəkil (Picture) səhifələri obyektin fonu üçün müxtəlif tekstura, naxışlar yaxud şəkil seçmək imkanı verir. 

Qradient (Gradient) səhifəsində İki Rəng (TwoColors) şərtini işərələyin. Açılan Rəng1 (Color1) palitrasından tünd göy ,Rəng2 (Color2) palitrasından isə mavi rəngi seçin. 

Kölgələrin (Shading Stile) içindən Küncdən (From Corner) sətrini seçin. Variantların (Variants) içindən yuxarıdan sağdakı kvadratı seçin. 

OK düyməsini sıxın. 

Haşiyə (Line) bölməsinin palitrasından ağ rəngi seçin. 

Xətlər (Dashed) açılan siyahıdan mətnin haşiyəsi üçün müxtəlif xətlər seçmək olar. Qalınlığı (Weight) siyahısından 6 seçin. 

OK düyməsini basın. 

Gördüyünüz kimi seçdiyimiz mətn obyektinin çərçivəsinin qalınlığı və rəngi, eləcədə fonunun rəngi dəyişdi.