PowerPoint

Obyektlərin yerinin və ölçülərinin dəyişdirilməsi

Obyektlərin yerinin və ölçülərinin dəyişdirilməsi

Şəkil, mətn və başqa obyektlərin ölçüsünü və yerini dəyişdirmək, onları döndərmək olar. 

Mətn qutusunu seçin. 

Rəsm (Drawing) alətlər lövhəsinin Sərbəst Döndərmə (Free Rotate) düməsini sıxın. Avtofiqurun çərçivəsi bucaqlarda yerləşən dörd yaşıl dairəciklərlə əvəz olunur. 

Mausun oxunu dairəciklərdən birinin üzərinə gətirib sol düyməni sıxın, buraxmadan mətn çərçivəsini 45o döndərin. 

Rəsm (Drawing) alətlər lövhəsinin Obyektin seçilməsi (ë ) düyməsini sıxaraq döndərmə rejimindən çıxın. Mətn çərçivəsi slaydın sərhədlərindən kanara çıxırsa, onu mausla kiçildmək olar. 

İndi başlığın bir hissəsi siyahı çərçivəsinin altında qalır. PowerPoint proqramında bütün obyektlər müəyyən ardıcıllıqla biri birinin üstündə yerləşdirilir. Lazım gəldikdə bu ardıcıllığı dəyişmək mümkündür. Gəlin başlığı siyahı çərçivəsinin önünə keçirək. Başlığın üzərində mausun sol düyməsini sıxmaqla onu seçin. 

Rəsm (Drawing) alətlər lövhəsinin Şəkil (Draw) menyusunu açın. Ardıcıllıqà Önə çəkmək (Orderà Bring To Front) əmrini seçin. Başlıqdan kənar bir yerdə mausun düyməsini sıxın.