PowerPoint

Qrafik obyektlər

Qrafik obyektlər

Əvvəlki dərslərdə qeyd etdiyimiz kimi slaydlarda mətn obyektləri ilə yanaşı qrafik obyektlər də yerləşdirilə bilər. 

Qrafik obyekt bir slayda və ya təqdimatın tərkibindəki slaydların hamısına daxil edilə bilər. Slaydların hamısına eyni qrafik obyekti daxil etmək üçün bu obyekti slayd nümunəsinə daxil etmək lazımdır. 

Görünüş à Nümunəà Slayd Nümunəsi (Viewà Masterà Slide Master) əmri ilə slayd nümunəsini açın. 

Nümunəyə şəkil daxil etmək üçün Yerləşdirməkà Şəkilà ClipArt Şəkli (Insertà Pictureà ClipArt) əmrini seçin. Açılan dialoq pəncərəsində təklif olunan mövzülardan birini, məsələn, Academic işarəsini seçin. 

Bu mövzuya aid şəkillərdən birini seçin, şəkilin yanında açılan menyudan birinci işarəni seçin. 

Şəkili mausun köməyi ilə slaydın yuxarı sağ küncünə aparın. 

Slayda növbəti və əvvəlki slaydlara keçmək üçün Hiperəlaqə - yəni instinad daxil edilə bilər. 

Rəsm alətlər lövhəsində Avtofiqurlarà Fiqurlu oxlar (AutoShapesà BlockArrows) siyahısından soldan sağa oxunu seçin. Oxu rəngləmək üçün Daxili fon (FillColor ) palitrasından bir rəng seçin. Oxun üzərində mausun sağ düyməsini sıxın. Hiperəlaqə (Hiperlink) əmrini seçin. Açılan pəncərənin sol tərəfində Bu Sənədlə (Place In This Document) düyməsini basın. Sonra slaydlar siyahısından Növbəti Slaydı (NextSlide) seçin və OK düyməsini sıxın. 

Eyni qayda ilə Əvvəlki slaydla Hiperbağlantı yaradmaq olar. 

Slayd rejiminə keçin. Page Up və Page down düymələrini sıxaraq slaydlara bir-bir baxın. Gördüyünüz kimi birinci slayddan başqa slaydların hamısına qrafik obyektlər daxil edilmişdir.