Menu

Daxil olun Qeydiyyat

PowerPoint

Slayd və struktur rejimləri

Slayd və struktur rejimləri

Slayd rejimində (Slide View) təqdimatın pəncərəsini bir slayd tutur. Bu rejimdə obyektləri dəyişdirmək, slayda mətn və şəkil daxil etmək olar.

Bu rejimdə bir slayddan başqa slayda keçmək üçün şaquli sürüşdürmə zolağından. Növbəti slayd və Əvvəlki slayd düymələrindən, yaxud klaviaturada yerləşən Page Down vəPage Up düymələrindən istifadə etmək olar.

Struktur Rejimi düyməsini sıxmaqla rejimi dəyişin. Struktur rejimi Adi rejimə bənzəyir, lakin burada struktur sahəsinə çox, slayd sahəsinə isə az yer verilir. Bu rejim əsasən mətn üzərində işləmək üçün nəzərdə tutulmuşdur. Sol tərəfdə, struktur sahəsində slaydların sıralanmış işarələri və obyekt sahələrində yazılmış mətn yerləşir.

 

Burada yalnız slayd sxeminin obyekt sahələrində də yazılan mətn göstərilir. 

Prezentasiyanı (nümayişi) bağlayın.


Bizi dəstəkləyənlər