PowerPoint

Slaydlara baxılma rejimi. Adi rejim

Slaydlara baxılma rejimi. Adi rejim

PowerPoint-da yaradılmış slaydlara müxtəlif rejimlərdə baxmaq mümkündür.

Bir rejimdən başqa rejimə keçmək, eləcədə təqdimatın nümayişinə başlamaq üçün təqdimat pəncərəsinin aşağısında yerləşən 5 düymədən birini sıxmaq lazımdır. Slayd rejimi (Slides) - ayrı-ayrı slaydlar üzərində işləmək üçün nəzərdə tutulub.

Struktur rejimi (Outline) - slaydların mətni üzərində işləmək üçün nəzərdə tutulub.

Slaydları nizamlama rejimi (Slide Sorter) - bu rejimdə slaydların ardıcıl yerləşdirilmiş minatürlərinə baxmaq olar.

Adi rejim (Normal View ) - slayd, struktur və qeyd rejimlərini özündə cəmləşdirir.

Slaydların nümayişi (Slide Show) - hazır təqdimatın nümayişi üçün nəzərdə tutulmuşdur. 

Rejimi dəyişmək üçün menyunun Görünüş (View) bəndinin əmrlərindən də istifadə etmək olar.

Buradakı Qeyd səhifəsi ( Notes Page) rejimi - təqdimatın göstərilməsi zamanı mühazirəçiyə kömək məqsədi ilə yazılmış qeydlər üçün istifadə edilə bilər.

Yeni təqdimat yaradılan zaman avtomatik olaraq Adi rejim (Normal) seçilir. Bu rejimdə təqdimatın pəncərəsi üç hissəyə bölünür. Slayd hissəsi - slaydın ümumi görünüşünü; struktur hissəsi - struktur rejiminin kiçildilmiş surətini əks etdirir.

Qeyd hissəsində izahat mətni yerləşdirilir. Bu mətn slaydın üzərində göstərilmir, lakin onu Qeyd rejimində ekrana çıxarmaq yaxud slaydla bərabər bir vərəqdə çap etmək olar.