PowerPoint

Təqdimatda bir slayddan digər slayda keçmənin təşkili

Təqdimatda bir slayddan digər slayda keçmənin təşkili

Təqdimatı slayd-film kimi təqdim etmək üçün PowerPoint proqramının əlavə imkanlarından istifadə edə bilərik. 

Adətən təqdimatın nümayişi (Viewà SlideShow) zamanı slaydlar mausun düyməsini sıxmaqla sadəcə olaraq bir-birini ekranda əvəz edir. Slaydların keçidini təşkil etməklə nümayişi daha maraqlı, baxımlı etmək olar. 

firststeps.ppt faylını açın. 

Nümayişà Slaydların Keçidi (Slide Showà Slide Transition) əmrini seçin. 

Açılan dialoq pəncərəsinin Effektlər (Effect) siyahısından Sağdan-Aşağıya Örtulmə (Cover Right-Down) sətrini seçin. Orta sürətlə örtülmə üçün Orta (Medium) seçin. İstəyinizlə Effektlər (Effect) siyahısından başqa effekt seçə bilərsiniz. 

Avtomatik (Autimatically After) sətrini işarələyin və yanındakı sahədə 3 yazın. Beləliklə hər slayd 3 saniyə nümayiş etdirildikdən sonra avtomatik olaraq başqa slaydla əvəz olunacaq. 

Slaydların keçidini səslə müşayət etdirmək üçün Səs (Sound) siyahısında verilən variantlardan birini seçin. 

Ayrı-ayrı slaydlara fərqli keçid parametrləri tətbiq etmək üçün Tətbiq (Apply) düyməsini basın, sonra keçin növbəti slayda və onun parametrlərini göstərin. Bu əməliyyatları slaydların hamısı üçün yerinə yetirmək lazımdır. 

Hamısına tətbiq etməli (Apply to All) düyməsi ilə göstərdiyimiz keçid parametrlərini təqdimatın bütün slaydlarına tətbiq edə bilərik. 

Slaydların nümayişinə başlamaq üçün Slaydların Nümayişi à Nümayiş (Slide Showà View Show) əmrini seçin.