PowerPoint

Yeni slaydların əlavə edilməsi

Yeni slaydların əlavə edilməsi

Ekranda "firststeps" adlı təqdimatın sərlövhə slaydını görürsünüz.

 

Sərlövhəyə slaydının ardınca yeni slayd əlavə edək.

Menyunun Yerləşdirmək (Insert) bəndini, sonra Yeni Slayd Yerləşdirmək ( New Slide) sətrini seçin.

Bu dəfə də yeni sənəd yaratdığımız kimi sağ ərəfdə dialoq pəncərəsi çıxacaq. Buradan istədiyimiz bir görünüş tipini seçirik. və sonda OK düyməsini sıxırıq.

Slayd sxemində çərçivəyə alınmış bir neçə obyekt sahəsi görürsünüz. Çərçivənin içindəki mətn verilənləri daxil etməyi təklif edir. 

Slaydın Başlığı (Click to add title) obyekt sahəsinin üzərində mausun düyməsini basın. Sahədəki mətn silinir və siz istədiyiniz mətni burada yaza bilərsiniz. "firststeps.az saytında yerləşdirilən və yerləşdiriləcək dərsliklərin siyahısı" mətnini yazın.

İşarələnmiş siyahı sahəsinin üzərində mausun düyməsini sıxın və "Internet" sözünü yazın, sonra ENTER düyməsini sıxıb "HTML" sözünü yazın, və s.. bu siyahını davam etdirin.

Beləliklə siz firststeps adlı təqdimatın ikinci slaydını yaratdınız.