Proqramlaşdırma

COBOL dili

COBOL dili

COBOL (Common Business Oriented Language) proqramlaşdırma dili 1959-cu ildə, Amerikadakı kompüter istehsalçıları, xüsusi sektor və dövlət sektorundakı kompüter istifadəçilərindən ibarət olan bir qrup tərəfindən yaradılıb. İnkişaf etdirilməsində məqsəd informasiya mübadiləsində, analitik araşdırmalarda və biznes-əlavələrdə istifadə ediləcək, daşınabilən bir proqramlaşdırma dili istifadə etməkdir. COBOL dili hələ də ABŞ-da bəzi proqramçılar tərəfindən istifadə edilməkdədir. COBOL dilinin strukturu ingilis dilinə çox yaxındır.
Basic dili 1964-cü ildə proqramlaşdırmanı yeni öyrənənlər üçün yaradılmışdır. Bu dil hesablama maşını ilə insanın bilavasitə informasiya mübadiləsi üçün sadə dildir.
İlk vaxtlar bu dildə interpretatordan, hal-hazırda isə, kompilyatordan istifadə olunur.