Menu

Daxil olun Qeydiyyat

Proqramlaşdırma

İdentifikatorlar

İdentifikatorlar

Proqramlaşdırma dillərində müxtəlif obyektləri, məsələn, dəyişənləri, konstantları, funksiyaları və s. adlandırmaq üçün identifikatorlardan istifadə olunur.
İdentifikatorlar hərf, rəqəm və bəzi xüsusi simvollardan ibarət olur. İdentifikatorların müxtəlif proqramlaşdırma dillərində yazılış qaydaları fərqli olsa da, onların əsas prinsipləri bunlardır:
1. İdentifikator hərf və rəqəmlərdən ibarət ola bilər. O, yalnız hərflə başlamalıdır.
2. İdentifikatorda boşluq simvolu və durğu işarələri ola bilməz. Bəzi xüsusi işarələrə, məsələn, "_", yaxud "$" işarələrinə icazə verilir.
3. Bütün proqramlaşdırma dillərində dilin operatorlarını yazmaq üçün açar sözlər mövcuddur. İdentifikator heç bir açar sözlə üst–üstə düşməməlidir.
4. İdentifikator həm kiçik, həm də baş hərflərlə yazıla bilər.

Yalnız hərflərinin böyük–kiçikliyi ilə bir-birindən fərqlənən identifikatorlara müxtəlif proqramlaşdırma dillərində müxtəlif cür yanaşma var. Məsələn, bir və bir neçə identifikatorları Basic və Pascal dillərində eyni, C dilində isə fərqli hesab olunur.
Mümkün identifikatorlara misal olaraq, bunları göstərmək olar:
I
a
t0123456789

Aşağıdaki identifikatorlardan istifadə etmək olmaz:
1stPlace - rəqəmlə başlandığına görə.
one and one - boşluq simvolları olduğuna görə.
yes(no) - mötərizələr olduğuna görə.

İdentifikatorlar iki qrupa ayrılır:
1. Standart identifikatorlar
2. İstifadəçinin təyin etdiyi identifikatorlar

Yuxarıda verilmiş identifikatorlar ikinci qrupa aiddir. Standart identifikatorlara misal olaraq, dilin öz prosedurlarını - ReadLn, WriteLn, Real və s. göstərmək olar.


Bizi dəstəkləyənlər