Proqramlaşdırma

Integer

Integer

Riyaziyyatda tam ədədlər müsbət, yaxud mənfi ola bilər. Pascal proqramında verilənlərin tam olduğunu göstərmək, ədədləri təqdim etmək üçün Integer tipi nəzərdə tutulmuşdur.
Bu tipə aid dəyişən 32768 və 32767 intervalında qiymət ala bilər. Proqramlarda qiyməti qabaqcadan müəyyən olunmuş Maxlnt konstantından istifadə etmək olar (Maxlnt = 32767).
Integer tipinə aid qiymətlərə misal olaraq, -1050, 425, 15, -25 və s. göstərmək olar.
Tam ədədləri ekrana çıxarmaq, üzərində müxtəlif hesab əməlləri (toplama, çıxma, vurma və bölmə) aparmaq, eləcə də, onları müqayisə etmək olar.