Proqramlaşdırma

Proqramın kompilyasiyası

Proqramın kompilyasiyası

Proqram sazlandıqdan sonra, onu kompilyasiya etmək lazımdır. Kompilyasiya nəticəsində proqramın mətni ikilik verilənlərdən və prosessorun təlimatlarından ibarət maşın kodlarına çevrilir.
Kompüter yalnız maşın kodlarından ibarət proqramları idarə edir. Proqram mətninin maşın kodlarına çevrilməsi prosesini "kompilyator" adlanan xüsusi proqram yerinə yetirir.
Proqramı kompilyasiya etmək üçün Compile menyusundan Comple əmrini icra etmək lazımdır. Proqram uğurla kompilyasiya olunduqdan sonra, ekrana "Comple successful: press any key" məlumatı çıxarılacaqdır.
Bundan sonra yeni bir fayl yaranacaqdır ki, bu faylın adı proqrama verilən adla eyni olacaq, lakin onun tipi .pas yox, .exe olacaqdır.
Bu yeni .exe tipli faylda proqramın mətnini heç vaxt görə və bu faylda düzəlişlər etmək olmaz. Çünki bu fayl artıq tam hazır fayldır və Turbo Pascal kompilyatorunun mövcud olmasından asılı olmayaraq, o bütün kompüterlərdə yerinə yetirilə biləcəkdir.