Proqramlaşdırma

Proqramın sazlanması

Proqramın sazlanması

İnteqrallaşdırılmış mühitdə proqram mətni yığıldıqdan sonra, proqramı sazlamaq lazımdır.
Proqramın sazlanması zamanı proqramda mövcud olan sintaksis səhvlər kompilyator tərəfindən aşkar edilir.
Proqramı sazlamaq üçün Compile\Make əmrini icra etmək və ya F9 klavişini basmaq kifayətdir.
Əgər proqramda səhvlər olarsa, kursor həmin mövqedə yerləşəcək və kompilyatorun birinci sətrində həmin səhvin əlaməti haqqında məlumat peyda olacaqdır.