Proqramlaşdırma

Real

Real

Real
Hər bir həqiqi ədəd, nöqtə (vergül) ilə ayrılmış tam və kəsr üçün Real tipi nəzərdə tutulub.
Bu tipə aid qiymət həmişə rəqəmlə başlanıb, rəqəmlə bitməlidir. Buna görə də, -25 kəsrini və 64 tam ədədini Real tipinə aid etmək üçün onlar uyğun olaraq, -0.25 və 64.0 kimi göstərilməlidir.
Həqiqi ədədləri oxuyub ekrana çıxarmaq, üzərində müxtəlif hesab əməlləri (toplama, çıxma, vurma və bölmə) aparmaq, eləcə də, onları müqayisə etmək olar.

Char
Bu tipə aid qiymətlər ayrıca simvollar - hərflər, rəqəmlər, yaxud xüsusi işarələr ola bilər.
Char tipli qiymət bir simvoldan ibarət olur və apostrofa alınır.
‘ A ’, ‘ z ’, ‘ 1 ’, ‘ : ’, ‘ ’’ ’, ‘ ’ 
Burada sonuncudan əvvəlki qiymət " (dırnaq) işarəsi, sonuncu isə, boşluq simvoludur. Char tipli qiymətlər üzərində hesab əməllərini yerinə yetirmək olmaz.