SQL Server

Məlumatların cədvəldən alınması

Məlumatların cədvəldən alınması

Nəzəriyyədən praktikaya keçmək vaxtı gəlib çatdı. SQL Serverin gələcəkdə də öyrənilməsi üçün balaca bir VB yaradaq. VB-nin yaradılması üçün proektdən bu addım üçün olan SQLByStep.sql faylını yükləmək lazımdır (yüklə).

Bu skript SQLByStep VB-sinin yaranması üçün özündə Transact SQL əmrlərini saxlayır. Burada üç cədvəl və onların içində məlumatlar var. VB-ni yaradılması üçün siz aşağıdakıları etməlisiniz:

  1. Diskdə boş yer tapmalı - VB təqribi 2Mb tələb edir.
  2. VB-nin yerləşməsi üçün qovluq yaratmalı - susmaya görə C:\SQLByStep\data istifadə olunur. Əgər başqa yol seçmək istəyirsinizsə onda faylda dəyişiklik edin (CREATE DATABASE əmrində faylın və loqun verilənlərini dəyişin).
  3. Query Analyzer-i işə salın
  4. File->Open menyusunu seçin və SQLByStep.sql faylını yükləyin.
  5. Onu realizə edin (F5-i sıxın).

OK, VB yaradıldı və məlumatlar ona yerləşdirildi. Bundan sonra müxtəlif sualları realizə etmək üçün Query Analyzer-dən istifadə olunacaq. Query Analyzer - əsl proqramistlərin alətidir :-) VB özendə satışa nəzarət etmək üçün SQL-i istifadə edən fraqmenti taşkil edir. VB-də Salespeople (Ticarət agentləri), Customers (Sifarişçilər) və Orders (Sifarişlər) adlı üç cədvəl var.

Salespeople (Ticarət agentləri) cədvəli:

 Sütun    Məzmunu
SNUM Hər bir ticarət agentinə verilmiş unikal kod.
SNAME Ticarət agentinin adı
CITY Agentin yerləşdiyi yer (şəhər)
COMM Komissyon satıcılar

Customers (Sifarişçilər) cədvəli:

  Sütun        Məzmunu
CNUM Hər bir sifarişçiyə verilmiş unikal kod
CNAME Sifarişçinin adı
CITY Sifarişçinin yerləşdiyi yer (şəhər)    
RATING Verilmiş sifarişçinin üstünlüyünü göstərən kod, daha yüksək kod daha da    üstünlüyü dildirir
SNUM Verilmiş sifarçi üçün təyin olunmuş agentin kodu (Salespeople cədvəlindən)

Orders (Sifarişlər) cədvəli:

   Sütun       Məzmunu
ONUM Hər bir sifarişin unikal kodu
AMT Sifarişin məbləği (təbii ki şətri qiymətlərlə :-)
ODATE Sifarişin tarixi
CNUM Sifariş edən sifarişçinin nömrəsi (Customers cədvəlindən)
SNUM Sifarişi qəbul edən agentin nömrəsi (Salespeople cədvəlindən)

İndi Transact-SQL-in köməkliyi ilə cədvəldən məlumatların çıxarılmasını nümayiş etdirmək olar.

Bütün suallar yeganə SELECT əmri ilə realizə olunurlar. Sadə formada SELECT əmri VB-dən məlumatların çıxarılması üçün təlimat verir. Məs: agentlər (Salespeople) cədvəlindən məlumatları çıxartmaq üçün növbətiləri daxil etmək lazımdır:

	SELECT snum, sname, city, comm
	FROM Salespeople

Bu əmr sadəcə olaraq cədvəldən bütün məlumatları çıxardır. Onun çıxarışı aşağıdakı kimi görünəcək:

	snum  sname    city        comm
	----- -------- ----------- -----
	1001  Иванов   Москва      12
	1002  Петров   Хабаровск   13
	1003  Егоров   Караганда   10
	1004  Сидоров  Сочи        11
	1007  Шилин    Красноярск  15

Bu əmrdə:

  • SELECT - açar sözüdür.
  • snum, sname - cədvəldən sual ilə seçiləcək sütunların siyahısıdır. Bu siyahıda qeyd olunmamış digər sütunlar sayılmırlar.
  • FROM - açar sözüdür, ondan sonra məlumat toplusu olan cədvəllərin adları yazılır.

Əgər siz cədvəldəki bütün sütunları görmək istəyirsinizsə onda xüsusi ixtisardan istifadə edin:

	SELECT *
	FROM Salespeople

Çıxarılacaq məlumat əvvəlki haldakı kimi olacaq.

Ümumi halda SELECT əmri açar sözü olan SELECT ilə başlayır, ondan sonra ekrana çıxartmaq istıdiyimiz sütunların adları, əgər hamı sütunları istəyirsinizsə onda * (ulduz) işarəsi yazılır. Daha sonra isə FROM açar sözü və sual olunan cədvəlin adı verilir.

Daha nə olacaq? Növbəti addımlarda SELECT əmrinin dərinlikləri təqdim olunacaq: verilənlərin nizamlanması, çətin məntiqi verilənlər və xüsusi operatorlar.