TCP IP

Giriş

Giriş

İlk öncə, salam. Mən bu günkü dərsdə sizlərə TCP/IP haqqında məlumat verəcəyəm. Yəqin ki, hamının TCP/IP haqqında məlumatı var.
TCP/IP (Transmission Control Protocol/Internet Protocol) protokollar cəmi – şəbəkələrdə istifadə olunan müxtəlif dərəcəli DOD qarşılıqlı şəbəkə təsiri göstərən modelə əsaslanmış, şəbəkə protokolları dəstidir. Protokollar bir-biri ilə stekdə (stack) işləyirlər – bu o deməkdir ki, səviyyəcə daha yuxarıda yerləşən protokol, inkapsulyasiya mexanizmini tətbiq etməklə bir qədər aşağı səviyyədə yerləşən protokolun üzərində işləyir. Məsələn, TCP protokolu IP protokolunun üzərində işləyir. TCP/IP protokolları dörd dərəcədən ibarətdir.
• Tətbiqi (application)
• Nəqliyyat (transport)
• Şəbəkə (internet)
• Fiziki (physical)