TCP IP

Şəbəkə dərəcəsi

Şəbəkə dərəcəsi

Şəbəkə dərəcəsi ilkin olaraq, bir alt şəbəkədən digərinə məlumat ötürülməsi üçün işlənib hazırlanmışdır. ARPANET şəbəkəsində X.25 və IPC protokollarını nümunə olaraq göstərmək olar. Qlobal şəbəkə konsepsiyasının inkişafı ilə əlaqədar bu dərəcəyə istənilən şəbəkədən istənilən şəbəkəyə məlumat ötürülməsi üzrə imkanlar, həmçinin, uzaq məsafədə yerləşən tərəfdən məlumat istənilməsi (məsələn, ICMP və IGMP protokollarında. ICMP-IP əlaqə haqda diaqnostik informasiyanın ötürülməsi üçün istifadə olunur. IGMP - multicast axınının idarə olunmasında istifadə olunur) əlavə olundu. ICMP və IGMP - IP üzərində yerləşir və ardınca gələn nəqliyyat dərəcəsinə düşməlidirlər, lakin funksional olaraq şəbəkə dərəcəsinin protokolları olduğundan, onları OSI modelinə daxil etmək mümkün deyil.
IP şəbəkə protokolunun paketləri, məlumatların paketdən hasil edilməsi üçün məhz hansı dərəcəli protokol istifadə etməli olduqlarına dair güstərişi olan koda malik ola bilərlər. Bu, unikal IP nümrə protokoludur. ICMP və IGMP müvafiq olaraq, 1 və 2 nümrəsinə malikdir.