TCP IP

Tətbiqi dərəcə

Tətbiqi dərəcə

Qoşmaların əksəriyyəti tətbiqi dərəcədə işləyir. Bu proqramlar məlumat mübadiləsi üçün özlərinə məxsus protokollara malikdirlər. Məsələn? WWW üçün HTTP, FTP (fayl gondərilməsi), SMTP (elektron poçt), SSH (uzaq məsafədə olan maşınla təhlükəsiz əlaqə), DNS (simvollu adların IP ünvanlara şəkilləndirilməsi) və s.

Bu protokollar TCP və UDP üzərində işləyir və müəyyən porta bağlıdırlar. Məsələn:
• HTTP - TCP - port 80 və ya 8080
• FTP – TCP - port 20 (məlumat ötürülməsi üçün) və 21 (idarəetmə komandaları üçün)
• SSH – TCP - port 22
• DNS sorgular - port UDP (nadir hallarda TCP) 53
• RIP protokolu üzrə marşrutların yenilənməsi – UDP - port 520

Bu portlar Adların verilməsi agentliyi və (IANA) unikal protokol parametləri tərəfindən təyin edilmişdir. Bu dərəcəyə aiddir: DHCP, Echo, Finger, Gopher, HTTP, HTTPS, IMAP, IMAPS, IRC, NNTP, NTP, POP3, POPS, QOTD, RTSP,SNMP, SSH, Telnet, XDMCP.

TCP/IP modeli ilə OSI modelinin dərəcələrinin fərqli olduğuna görə TCP/IP modelinin OSI modelinə daxil olma yollarında fikir ayrılığı mövcuddur. Həmçinin OSI modeli nəqliyyat və şəbəkə dərəcələri arasında əlavə "Internetworking" dərəcəsi istifadə etmir. Mübahisəli protokola nümunə ARP və ya STP ola bilər. Ənənəvi olaraq, TCP/IP protokolları OSI modelinə aşağıdakı kimi daxil olunur:

  Adı Məsələn
1) Tətbiqi HTTP, SMTP, SNMP, FTP, Telnet, scp, SMB,NFS, RTSP, BGP
2) Nümayəndəli XDR, ASN.1, AFP
3) Seanslı TLS, SSL, ISO 8327 / CCITT X.225, RPC, NetBIOS, ASP
4) Nəqliyyat TCP, UDP, RTP, SCTP, SPX, ATP, DCCP, GRE
5) Şəbəkə IP, ICMP, IGMP, CLNP, OSPF, RIP, IPX, DDP
6) Kanallı Ethernet, Token ring, PPP, HDLC, X.25, Frame relay, ISDN, ATM, MPLS, Wi-Fi, ARP, RARP
7) Fiziki elektrik naqilləri, radioəlaqə, lifli optik naqillər


Adətən TCP/IP toplusunda vahid şəklə salınmış informasiya ötürən protokol nəzərdə tutulmadığından, yuxarı üç dərəcə (tətbiqi, nümayəndəli və seanslı) OSI modelində bir tətbiqi dərəcəsində cəmləşir, məlumatın növünün təyin edilməsi funksiyası qoşmaya ötürülür.