Word

Abzasların düzlənməsi

Abzasların düzlənməsi

 

Sənədin xarici görünüşünün dəyişdirilməsi üsullarından biri də abzasların düzləndirilməsi əməliyyatıdır. Düzləndirmə dedikdə səhifənin sahələrinə nisbətdə abzasın mövqeyi başa düşülür. Dörd düzləndirmə üsulları mövcuddur. Sol "Align Left", sağ "Align Right", mərkəzdən "Center" və enə görə "Justify".

Məsələn sərlövhəni qeyd edin və Formatlaşdırma "Formatting" alətlər lövhəsində Mərkəzdən "Center" düyməsini basın. Çox asanlıqla görmək olar ki, mətn səhifənin ortasında yerləşib.

2-ci abzası qeyd edin və Formatlaşdırma "Formatting" alətlər lövhəsində sağ "Align Right" düyməsini basın. Beləliklə biz mətni səhifənin sağ sahəsinə görə düzləndirdik.

Bir neçə abzası qeyd edin və enə görə "Justify" düyməsini basın. Bu halda mətn eyni vaxtda həm sol, həm də sağ sahələr üzrə düzlənir. Qeyd etmək lazımdır ki, adi mətn bu üsulla yığılır.

Microsoft Word-2000-nin yeni funksiyalarından biri də mausun düyməsini 2 dəfə basmaqla düzləndirmə əməliyyatını yerinə yetirməkdir.

Bunun üçün mütləq Səhifənin formatlaşdırılması "Print Layout" rejiminə keçmək lazımdır. Üfiqi Sürüşdürmə zolağında soldan 3-cü düyməni basın. İndi isə mausun göstəricisini sənədin boş sahəsində 3 düzlənmə zonalarından birinə yerləşdirmək lazımdır, yəni ya sol, ya sağ, ya da mərkəzdə. Lazımi düzləndirmə tipini göstərən nişanın yaranması zamanı mausun düyməsini 2 dəfə basın və mətni daxil edin, məsələn "Yəqin ki, Microsoft Word-ü PEHM-ları üçün nəzərdə tutulmuş güclü və yaxşı təşkil edilmiş proqramlardan biri hesab etmək olar".