Word

Abzasların formatlaşdırılması

Abzasların formatlaşdırılması

 

Abzasda sağ və ya da sol sərhəddin quraşdırılması üçün Format "Format" menyusunda Abzas "Paragraph" əmri istifadə edilir. Gəlin sol sərhəddi dəyişək. Sərhədd "Indentation" sahəsində solu "Left" seçin və sol sərhəddin ölçüsünü göstərin. Məsələn 1.5 sm və OK-i basın. Gördüyünüz kimi sol sərhədd dəyişdi.

Həmin əməliyyatı sağ sərhəddin seçilməsi üçün də yerinə yetirmək olar.

Xüsusi "Special" sahədə 1-ci sətrin sərhəddinin ölçüsü müəyyən edilir. Baş vermiş dəyişikliklər Nümunə "Preview" pəncərəsində göstərilir. OK-i basın. Qeyd etmək lazımdır ki, sərhəddin quraşdırılması əməliyyatını xətkeşdən istifadə etməklə də yerinə yetirmək olar.

Sətirlər arası intervalın dəyişdirilməsi üçün bu məqsəd üçün nəzərdə tutulan abzaslar qeyd edilir. Məsələn ilk 3 abzası qeyd edək. Format "Format" menyusunda Abzas "Paragraph" əmrini basın. Açılmış dialoq pəncərəsində sətirlər arası sahəsində "Line Spacing" sahəsində oxu basın. Açılmış siyahıdan lazımi variantı seçin. OK-i basın. Beləliklə Abzas "Paragraph" dialoq pəncərəsi bağlanacaq, sətirlər arası interval isə dəyişəcək.