Word

Cədvəllərin formatlaşdırılması

Cədvəllərin formatlaşdırılması

 

Cədvəllərin formatlaşdırılması üçün Cədvəllər və Haşiyələr "Tables and Borders" alətlər lövhəsi mövcuddur. Ekranda bu alətlər lövhəsinin görsənməsi üçün Standart "Standard" alətlər lövhəsində Cədvəllər və Haşiyələr "Tables and Borders" düyməsini basın. Gördüyünüz kimi ekranda Cədvəllər və Haşiyələr "Tables and Borders" yarandı.

Cədvəli formatlaşdırmazdan əvvəl ilk növbədə cədvəli qeyd edin. Sonra Cədvəl "Table" menyusunu açın və Cədvəli qeyd et "Select table" əmrini seçin. Xəttin tipi "Line style" siyahısında istədiyiniz tip xətti seçin. Sonra xəttin qalınlığı "Line Weight" sahəsində istədiyiniz qalınlıqda xətt seçin. Haşiyənin rəngi "Border Color"düyməsini basın və istədiyiniz rəngi seçin. Haşiyələr "Border" düyməsini basın və haşiyənin tipini müəyyən edin. Və sonunda Daxili fonun rəngi "Shading Color" düyməsini basın və istədiyiniz rəngi seçin. Gördüyünüz kimi, Cədvəllər və sərhədlər "Tables and Border" alətlər lövhəsinin köməkliyilə çox asanlıqla cədvəl formatlaşdırıldı.