Word

Dəyişikliklərin təkzibi və təkrar edilməsi

Dəyişikliklərin təkzibi və təkrar edilməsi

Təkzib "Undo" və Təkrar "Redo" düymələri daxil edilən dəyişiklikləri ləğv etməyə və təkrarlamağa imkan verir.

Mətndə hər hansı bir cümləni qeyd edin və silin. İndi isə Standart "Standard" alətlər lövhəsində Təkzib "Undo" düyməsini basın. Beləliklə axrıncı əməliyyatın nəticəsi ləğv edilir.

Dəyişiklikləri təkrar etmək üçün Təkrar "Redo" düyməsini basın.

Görünüşün sahəsində oxu basın. Miqyaslar siyahısı açılacaq. Bunlardan hər hansı birini seçin. Məsələn 100%-i seçin. Gördüyünüz kimi, ekranda göstərilən sənədin miqyası dəyişdi. Lakin bu o demək deyil ki, ekranda miqyasın dəyişdiyi kimi, çap zamanı vərəq üzərində də ölçülər dəyişəcək.