Word

Mətnin bir neçə fraqmentinin yerləşdirilməsi

Mətnin bir neçə fraqmentinin yerləşdirilməsi

Microsoft Word-2000 də Yığmaq və yerləşdirmək "Collect and Paste" əmri mövcuddur. Bu əmr buferə 12-ə qədər elementin yerləşdirilməsinə və ya surətinin köçürülməsinə imkan verir.

Görünüş "View" menyusunda Alətlər lövhəsi "Toolbars" əmrini seçin, sonra isə Mübadilə buferi "Clipboard" hissəsində mausun düyməsini basın basın. Beləliklə ekranda Mübadilə buferi "Clipboard" alətlər lövhəsi yarandı. İndi isə növbə ilə bir neçə fraqmenti buferə yerləşdirin və ya surətini köçürün. Məsələn:> 

1-ci abzası qeyd et və Kəsmək "Cut" əmrini bas.
Sonra 2-ci abzası qeyd et və Surətin çıxarılması "Copy" əmrini bas.
Və sonunda 3-cü abzası qeyd et və Kəsmək "Cut" əmrini bas.

Diqqət edin, yaranmış Mübadilə buferi "Clipboard" alətlər lövhəsində hər 3 abzas göstərilmişdir.Bu fraqmentlərin hər hansı birini yerləşdirmək üçün müvafiq elementi basmaq lazımdır, məsələn 2-ci abzası seçin. Gördüyünüz kimi, qeyd edilmiş mövqeyə məhz 2-ci abzas yerləşdi.

Bütün abzasların yerləşdirilməsi üçün hamısını yerləşdir "Paste All" düyməsini basın. Bu halda buferdə olan bütün fraqmentlər qeyd edilmiş mövqeyə köçürüləcək.

Buferin təmizlənməsi üçün Mübadilə buferini təmizləmək "Clear Clipboard" düyməsini basmaq lazımdır. Beləliklə, mübadilə buferi təmizlənəcək. Dialoq pəncərəsini bağlayın.