Word

Mətnin xarici görünüşünün dəyişdirilməsi

Mətnin xarici görünüşünün dəyişdirilməsi

 Mətnin xarici görünüşünü Formatlaşdırma "Formatting" alətlər lövhəsində verilmiş vəsaitlərdən istifadə etməklə dəyişmək olar.

Sənədin redaktəsini asanlaşdırmaq üçün ekrana abzas işarələri, boşluqlar və s. kimi formatlaşdırma simvollarını çağırın. Bunun üçün Standart "Standard" alətlər lövhəsində çap edilməz simvollar "Show/Hide" düyməsini basın.

İndi isə Sadə formatlaşdırmanın yerinə yetirək. Redaktə ediləcək fraqmenti qeyd edin. Bunun üçün kursoru sözün əvvəlində yerləşdirin və mausu sol düyməsi sıxılı vəziyyətdə qeyd ediləcək fraqment boyunca hərəkət etdirin. Ayrı-ayrı sözlərin tez bir zamanda qeyd edilməsi üçün sözün üzərində mausun sol düyməsini 2 dəfə basmaq lazımdır.

Növbə ilə Qalın "Bold", Maili "Italic" və altından xətt çəkmək "Underline" düymələrini basın. Əgər lazımi düymə Formatlaşdırma "Formatting" alətlər lövhəsində yoxdursa, onu ekrana çıxarmaq üçün Digər düymələr "More Buttons" menyusundan istifadə edin.

Qeyd etməni ləğv etmək üçün qeyd edilmiş fraqmentdən kənarda mausun düyməsini basın.

Diqqət edin, qeyd edilmiş fraqment qalındır, mailidir və altından xətt çəkilmişdir.