Word

Qrafiklərin yerləşdirilməsi

Qrafiklərin yerləşdirilməsi

 

Word proqramında Qrafiki filtrlər mövcuddur. Onların köməkliyi ilə siz sənədinizə qrafik yerləşdirə bilərsiniz. Yerləşdirmək "Insert" menyusunu seçin, açılmış menyu səhifəsində şəkil "Picture" əmrini sonra isə yerləşdirmək istədiyiniz qrafikin tipini göstərin.

Şəkillər "ClipArt"
Fayllardan "From File"
Avtofiqurlar "Auto Shapes"
WordArt
Diaqramma "Chart".
Skayner və ya kameradan "From scanner or Camera"

Misal üçün sənədimizə hazır şəkil yerləşdirək. Bunun üçün Şəkillər "ClipArt" əmrini seçin. Şəkillər dialoq pəncərəsində lazımi kateqoriyanı göstərin, məsələn heyvanlar "Animals", sonra şəkli seçin, bu halda gördüyünüz kimi sizdə kontekst menyu yaranacaq. Şəklin sənədə yerləşdirirlməsi üçün şəklin yerləşdirilməsi "Insert ClipArt" əmrini seçin, pəncərəni bağlayın. Gördüyünüz kimi, seçilmiş şəkil sənəddə yarandı.