Word

Sahələrin müəyyən edilməsi

Sahələrin müəyyən edilməsi

 

Word adətən yan sahələri 3,17, yuxarı və aşağı sahələri isə 2,54 sm müəyyən edir. Əgər siz bu parametrləti dəyişmək istəyirsinizsə növbəti addımları yerinə yetirin.

Fayl "File" menyusunu seçin və Səhifənin parametrləri "Page Setup" əmrini basın. Səhifənin parametrləri "Page Setup" dialoq pəncərəsi açılacaq. Sahələr "Margins" səhifəsində səhələri dəyişin.

Məsələn:
Yuxarı sahəni "Top" -2 sm
Aşağı sahəni "Bottom" -2,5 sm
Sol sahəni "Left" -3 sm
Sağ sahəni "Right" -1 sm götürün.

Vərəqin ölçüsünü dəyişmək üçün növbəti əməliyyatlar yerinə yetirilir.

Vərəqin ölçüsü "Paper Size" səhifəsinə keçək. En "Width" sahəsində vərəqin enini göstərin, məsələn 21 sm. Hündürlük "Height" sahəsində vərəqin hündürlüyünü göstərin, məsələn 29,7 sm. Göstərdiyimiz ölçülər adətən çap üçün istifadə etdiyimiz A4 formatın ölçüləridir. Vərəqin istiqamətini dəyişmək üçün İstiqamət "Orientation" bölməsində ya Portret "Portrait"ya da Albom "Landscape" istiqamətlərindən birini seçin.

"Güzgü sahələr" "Mirror Margins" termini eyni vərəqin yan sahələrinin kitabdakı kimi bir birinin güzgü əksi olduğunu bildirir. Siz güzgü sahələrdən istifadə etdiyiniz zamanı, Word hər səhifədə sağ və sol sahələri çevirir. Diqqət edin, sağ "Right" və sol "Left" sahələr daxili "Inside" və xarici "Outside" sahələrə çevrilirlər. Siz dəyişiklikləri Nümunə "Preview" pəncərəsində izləyə bilərsiniz.

Adətən səhifələrin çapı zamanı, əgər lazım gələrsə cildləmək üçün əlavə sahə saxlayırlar. Bunun üçün cildləmək "Gutter" sahəsində cildləmək üçün sahəni göstərin, məsələn 1,5.

Sonunda dəyişikliklərin təsdiqi üçün OK-i basın.