Word

Sənədə baxış rejimləri

Sənədə baxış rejimləri

Word-2000 ekranda sənədə baxmaq üçün bir neçə üsullar təklif edir. Hər bir baxış rejimi işin bu və ya digər aspektlərində fikri cəm etməyə imkan verir.

Bir baxış rejimindən digərinə keçmək üçün ya Görünüş "View" menyusundan, ya da ekranın aşağı-sol hissəsində yerləşən düymələrdən istifadə etmək lazımdır. Bu və ya digər rejimin seçilməsi sənədin tipindən və yerinə yetirilən işdən asılı olur. (derslik faylını açın. Fayl siyahısından)

Üfiqi sürüşdürmə zolağında Adi "Normal" düyməsini basın. Bu rejim sənədin məzmununda fikri cəm etməyə, həmçinin verilənlərin altından xətt çəkmə, şriftin ölçüsünün, rənginin dəyişdirilməsini və s bu kimi sadə formatlaşma əməliyyatlarını yerinə yetirməyə imkan verir.

Üfiqi sürüşdürmə zolağında Web-in formatlaşdırılması "Web-layout" düyməsini basın. Bu rejim sənədin Web-səhifəsində necə görünəcəyi haqqında təsvir yaradır.

Üfiqi sürüşdürmə zolağında Səhifənin formatlaşdırılması "Print Layout" düyməsini basın. Bu rejim mürəkkəb formatlaşdırma əməliyyatlarını yerinə yetirməyə imkan verir. Qeyd etmək lazımdır ki, adətən sənədlər məhz bu rejimdə daxil edilir.Bu rejimdə sənəd çap zamanı görünəcəyi formada olur.

Üfiqi sürüşdürmə zolağında Struktur rejimi "Outline" düyməsini basın. Bu rejim ayrı-ayrı səviyyələrin başlıqlarını qeyd edərək sənədin təşkilini göstərir.