Word

Sənədə çapdan əvvəl baxış

Sənədə çapdan əvvəl baxış

 

Faylın çap olunmuş vəziyyətdə necə görünəcəyi haqda təsəvvür yaratmaq üçün Sənədə çapdan əvvəl baxış "Print Preview" pəncərəsindən istifadə etmək lazımlır. Bu pəncərədə mətnin real olaraq səhifələrdə necə yerləşməsi göstərilir.

Sənədə çapdan əvvəl baxmaq üçün Standart "Standard" alətlər lövhəsində olan Sənədə çapdan əvvəl baxış "Print Preview" düyməsini basın. Eyni adlı pəncərə yaranacaq ki , bu pəncərə də sənədin 1-ci səhifəsi görsənir. Bu pəncərədə Word-ün menyu sətrindən sonra Sənədə çapdan əvvəl baxış "Print Preview" rejiminin alətlər lövhəsi yerləşir.

Ekrana bütün səhifələrin çıxarılması üçün Sənədə çapdan əvvəl baxış "Print Preview" alətlər lövhəsində Bir neçə səhifə "Multiple Pages" düyməsini basın.

Açılmış cədvəldə mausun göstəricisini sol düyməsi sıxılı vəziyyətdə xanalar üzrə hərəkət etdirin.

Nəzərə alın ki, hər 1 xana 1 səhifəyə bərabərdir.